Ana Sayfa > Ölkə > “Əsgər geri çevriləndə gördü ki, arxada işıq yanır...” - deputat

“Əsgər geri çevriləndə gördü ki, arxada işıq yanır...” - deputat


22-07-2020, 15:44. Yazar: admin

“Əsgər geri çevriləndə gördü ki, arxada işıq yanır...” - deputat
“Əsgər geri çevriləndə gördü ki, arxada işıq yanır...”
İyulun 12-də erməni tərəfin təxribatı nəticəsində başlamış döyüşlər səngisə də, siyasi dairələrdə və cəmiyyətdə qızğın müzakirələr davam edir. Mövzuya dair AYNA-nın suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev cavablandırıb.

- Arzu müəllim, əvvəla ənənəvi sualdan başlayaq: düşmən niyə Qarabağ deyil, Tovuz istiqamətini seçdi?

- Düşünürəm ki, hər tərəfdən onların təxribatı gözlənilən idi. Təxribatın Tovuz istiqamətindən olması da gözlənilməyən deyildi. Çünki onlar birmənalı şəkildə istəyirdilər ki, nəyin bahasına olur-olsun, sərhədin elə bir yerində təxribat törətsinlər ki, onlara cavab atəşi açılsın və bununla da bütün dünyanı bizə qarşı çevirsizlər, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) prosesə cəlb etsinlər. Əsas məsələ də, nəyin bahasına olursa-olsun, Rusiyanı bu oyuna qatmaq idi. Lakin bunu edə bilmədilər.
- Həmin yüksəklikləri ələ keçirməkdə hansı məqsədi güdürdülər?

- Onlar həmin yüksəkliyi ələ keçirməklə düşünürdülər ki, ordan keçən kommunikasiyalara - Bakı-Tbilisi-Qars dəmiryoluna, boru kəmərlərinə müəyyən qədər nəzarət edə bilərlər. Bu da onların gözlərində qalan arzlarından biri oldu.

- Qarabağdan hücuma keçsəydilər, vəziyyət fərqli olardı?

- Tovuz istiqamətində düşmənlə 69 km sərhədimiz var. Bunlar bilirdilər ki, Qarabağdan hər hansı bir addım atılsa, birmənalı şəkildə Azərbaycan ordusu hücuma keçəcək, çünki öz ərazisidir. Bununla bağlı beynəlxalq təşkilatlar qarşısında hay-küy sala bilməyəcəkdilər. Ona görə də onlar sərhədin digər səmtini seçdilər.

- Düşmənin boş postu ələ keçirməsini ordumuzda müəyyən boşluqların olması ilə əlaqələndirənlər var...

- Orada Qarabəyli yüksəkliyinə bənzər yerlər var ki, ərazidə üç-dörd post yerləşir. Onların hansının daha vacib olub-olmaması məsələsi artıq Ordu rəhbərliyinin işidir. Qüvvənin az və ya çox saxlanması işinə də onlar rəhbərlik edirlər. Dislokasiya məsələlərini Müdafiə Nazirliyi, Ordu rəhbərliyi daha yaxşı bilir və özləri ciddi nəzarət edəcək. Ümumiyyətlə, düşmənin məqsədi tək həmin postu deyil, həmin o yüksəklikləri ələ keçirməkdir.

- Son təxribatdan xalq və ordumuz adına hansı nəticəni çıxaraq?

- Əsas məqam ondan ibarətdir ki, Azərbaycan Ordusu səngərdən çevrilib arxaya baxanda görür ki, arxasında işıqlar yanır. Yəni, əsgər kimləri müdafiə etdiyindən əmin olur. Sakinlər, vətəndaşlar əsgərlə birgədir. Bu zaman ordu daha güclü olur. Bu gün əsas olan odur ki, güc nümayiş etdirə bildik və ordu-xalq birliyi öz sözünü dedi.
Geri dön