Ana Sayfa > Ölkə > “Sosial şəbəkələrdəki şikayətlər qəbul edilir və nəzarətə götürülür” - Prezident köməkçisi

“Sosial şəbəkələrdəki şikayətlər qəbul edilir və nəzarətə götürülür” - Prezident köməkçisi


10-07-2020, 20:09. Yazar: admin
“Sosial şəbəkələrdəki şikayətlər qəbul edilir və nəzarətə götürülür” - Prezident köməkçisi

“Ölkəmizidə sosial media məkanında olan məlumatlar aidiyyəti üzrə təhlil edilir, vətəndaşlarımız tərəfindən qaldırılan problemlər öyrənilir”.

Modern.az xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə.

O bildirib ki, konstruktiv tənqidlər qəbul edilir, nəzarətə götürülür:

“Hər hansı şikayətlər, vətəndaşları narahat edən məqamlar varsa, aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər görülür.
Dövlət məmurları, yaxud digər dövlət strukturlarına aid olan təşkilatlar tərəfindən fəaliyyətində hər hansı nöqsan və qüsur aşkar olunduğu, bunun üçün ciddi əsaslar olduğu halda dövlətimiz tərəfindən zəruri tədbirlər görülür. Ona görə də, bu məsələdə də vətəndaşlarla dövlət arasında konstruktiv dialoq var. Konstruktiv tənqid məqamları da qəbul edilir, öyrənilir və zəruri tədbirlər görülür”

Geri dön