Ana Sayfa > Ölkə > Geri qaytarılan ƏDV-ni nağdlaşdırmaq mümkün oldu

Geri qaytarılan ƏDV-ni nağdlaşdırmaq mümkün oldu


10-07-2020, 17:02. Yazar: admin
\Geri qaytarılan ƏDV-ni nağdlaşdırmaq mümkün oldu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin www.edvgerial.az portalının daha bir funksiyası işə salınıb.

"Report" xəbər verir ki, artıq istehlakçılar geri aldıqları əlavə dəyər vergisini (ƏDV) plastik kartlara da köçürmək və nağdlaşdırmaq imkanı qazanıblar.

Burada minimal məbləğ 5, malsimal məbləğ isə 500 manat müəyyən edilib.

İndiyə qədər "Kapital Bank" ASC-nin operator olduğu və yeni nəsil elektron kassa (e kassa) aparatları üzrə aparılan ödəmə əməliyyatları zamanı ƏDV-nin qaytarılmasını nəzərdə tutan bu portalda həmin funksiya aktiv deyildi. Belə ki, bu vaxta qədər istehlakçılar qaytarılan vəsaitlə yalnız kommunal xidmət, mobil və stasionar telefon, internet ödənişlərində istifadə edə bilirdi.

Xatırladaq ki, ölkə prezidentinin 21 mart 2020-ci il tarixli fərmanı ilə “Əlavə dəyər vergisinin qaytarılması” qaydası təsdiq edilib və həmin tarixdən etibarəm vətəndaşlar aldıqları e kassa çekləri üzrə ƏDV-nin müəyyən hissəsini geri qaytarmaq şansı əldə ediblər. Belə ki, nağd alışlarda bu qaytarılan vəsait 10%-ə, nağdsız əməliyyatlarda isə 15%-ə bərabər olur. Kənd rəsərrüfatı malları, çörək və s. ƏDV-dən azad olun mallar üzrə geri vəsait qaytarılmır.
Geri dön