Ana Sayfa > Ölkə > Həkim-pediatr koronavirusdan öldü
Həkim-pediatr koronavirusdan öldü7-07-2020, 15:43. Yazar: admin |
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. Bu barədə “Report”a Xəzər Televiziyasının aparıcısı Yusif Kərimli məlumat verib. O bildirib ki, bibisi Gülnarə Xəlilova ötən gün vəfat edib: "Bibimin 61 yaşı vardı. O, Mərdəkanda 26 saylı Birləşmiş şəhər Xəstəxanasında pediatr-həkim idi. Ehtimal ki, işi ilə əlaqədar xəstəxanada yoluxub. İlk vaxtlar qızdırması olub. Özünü evdə müalicə etməyə çalışıb, amma vəziyyətin düzəlmədiyini görüb, elə işlədiyi xəstəxanada da bir müddət müalicə olunub. Dünən axşam boğulma ilə Neftçilər Xəstəxanasına yerləşdirilib, elə orada da vəfat edib. Bibim həm də şəkər xəstəliyindən də əziyyət çəkirdi”. Geri dön |