Ana Sayfa > Ölkə > Bakıda qəsdən yanğın törədənlər - insan həyatını təhlükəyə atanlar kimdir?
Bakıda qəsdən yanğın törədənlər - insan həyatını təhlükəyə atanlar kimdir?6-07-2020, 16:22. Yazar: admin |
Ötən gün Bakının Suraxanı rayonunda tullantıların yandırılması əhalidə həyacan yaradıb. Beləki, iyunun 4-də Binəqədi rayonunda “Sobsan” boya zavodunda baş verən yanğından bir gün sonra paytaxtın digər ərazisində növbəti yanğın əhali arasında bəzi şaiyələrin üzə çıxmasına gətirib çıxarıb. "Report" çəkiliş heyəti hadisə yerinə gedərkən məlum olub ki, Günəşli qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin yanındakı ərazidə atılan tullantı və təkərlər yandırılıb. Bununla da yaxınlıqdakı evlər genişlənən yanğının təhlükəsi ilə üzləşib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Çətinliklə də olsa, yanğın söndürülüb və yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Hadisənin konkret olaraq necə baş verdiyi məlum olmasa da, tullantıların qəsdən yandırıldığı bildirilir. Buna görə də, məsuliyyətsiz şəxs və ya şəxslərin ucbatından ərazi ciddi bir təhlükə ilə üzləşib. Bundan əlavə, hadisə zamanı ərazi qatı tüstüyə bürünüb. Bu da digər sakinlərin narazılığına səbəb olub. Bununla yanaşı, qəsdən törədilən yanğın nəticəsində ətraf mühitə və ekologiyaya ciddi ziyan dəydiyini də unutmamalyıq. Xüsusən də, çoxlu təkər və qarışıq tullantıların yanması nəticəsində atmosferə zərərli kimyəvi maddələrin atıldığı məlumdur. Belə olduğu halda, qəsdən törədilən bu cür yanğınların sonradan müxtəlif faciələrə gətirib çıxarması ehtimalı da böyükdür. Ekoloqların fikrincə, istənilən yanğın hadisəsi atmosferə mənfi təsirlərini göstərir. Xüsusən, bu cür yanğınlar tərkibində kimyəvi maddələr olan məmulatlar üzərində baş verərsə, bu da hava qatının zəhərli maddələrə məruz qalması deməkdir. Hava qatının zəhərli maddələrin təsirlərindən qorunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi olaraq reydlər keçirir. Reydlər zamanı atmosfer qatına zərərli tüstü ilə təsir edən şadlıq sarayları, kafe, restoran və digər müəssisələr barəsində cəza tədbirləri görülür. Sonda qeyd edək ki, boya zavodundakı yanğın qəza səbəbindən baş versədə, təkər yandırılması Günəşli qəsəbəsində adi hala çevrilib. Bütün sadalananları nəzərə alaraq təkərləri bu formada utilizisasiya edənlərə qarşı sərt tədbirlərin görülməsi zərurəti ortaya çıxır. Geri dön |