Ana Sayfa > Ölkə > TƏBİB sədri: "Bütün tibb personalı içərisində yoluxma göstəricisi 8%-dir"

TƏBİB sədri: "Bütün tibb personalı içərisində yoluxma göstəricisi 8%-dir"


3-07-2020, 18:09. Yazar: admin
TƏBİB sədri: "Bütün tibb personalı içərisində yoluxma göstəricisi 8%-dir"

“Xüsusi rejimli xəstəxanalarda cüzu yoluxma faktı var. Misal olaraq Mərkəzi Neftçilər Xəstəxanasında 7 yoluxma halı var idisə, onun da 4-ü evdə yoluxub”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, bütün tibb personalı içərisində yoluxma göstəricisi 8% təşkil edir: “Bunun böyük hissəsi evlərdən daşınan infeksiyalardır”.

TƏBİB sədri əlavə edib ki, əksəriyyət də digər tibb müəssisələrində olan yoluxmalardır.


Geri dön