Ana Sayfa > Ölkə > Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi olub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi olub29-06-2020, 12:59. Yazar: admin |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC-nin direktoru Aydın Ağayev vəzifəsindən azad edilib. “Report” xəbər verir ki, şirkətə rəhbərlik Damət Bağırova həvalə olunub. Xatırladaq ki, “Nəqliyyat Təlim-Tədris Mərkəzi” kommersiya qurumu kimi 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 114 min manatdır. Cəmiyyətin əsas məqsədi nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üzrə tədrisin, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalar həyata keçirən sürücülərə və daşıma fəaliyyəti ilə əlaqədar məsul şəxslərə, nəqliyyat vasitələrinin təmiri və istismarı, həmçinin daşımaların təhlükəsizliyinin təmin olunması ilə bağlı işçilərə qanunvericilik və digər normativ hüquqi aktlar ilə nəzərdə tutulan xüsusi hazırlığın təşkilindən və həyata keçirilməsindən, habelə daşımaların səmərəliliyi və təhlükəsizliyi üzrə qanunvericiliyə uyğun xidmətlər göstərilməsindən ibarətdir. Geri dön |