Ana Sayfa > Ölkə > Diaspor Komitəsinin koronavirusa yoluxan 2-ci əməkdaşı da sağalıb
Diaspor Komitəsinin koronavirusa yoluxan 2-ci əməkdaşı da sağalıb26-06-2020, 16:43. Yazar: admin |
Diasporla İş üzrə Dövlət Komitəsinin koronavirusa yoluxan ikinci əməkdaşı da sağalıb. “Report” xəbər verir ki, bunu Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı deyib. “Diasporla İş üzrə Dövlət Komitəsini virusa yoluxan 2 əməkdaşından birinin tam sağalaraq xəstəxanadan evə buraxıldığını yazmışdım. Artıq digər əməkdaşımızın da sağaldığı xəbərini aldıq. Bu bəlaya düçar olan hər bir insanla bağlı belə xoş xəbər eşitmək arzusundayıq. Peşəkar həkimlərimizə çox-çox təşəkkür edirik. Bütün dünyanın bu qlobal problemə qalib gəlməsini arzulayırıq”, - o bildirib. Geri dön |