Ana Sayfa > Ölkə > Hesablama Palatasının sədri: “Son illər 130 milyon manatdan çox vəsait bərpa olunub”
Hesablama Palatasının sədri: “Son illər 130 milyon manatdan çox vəsait bərpa olunub”24-06-2020, 14:25. Yazar: admin |
“Hesablama Palatası son illər apardığı nəzarət tədbirləri nəticəsində 130 milyon manatdan çox vəsaitin həm pul, həm də natura şəklində bərpasına nail olub”. “Report” xəbər verir ki, bunu qurumun sədri Vüqar Gülməmmədov bildirib. “Eyni zamanda, bu dövrdə ümumilikdə 35 material hüquq-mühafizə orqanlarına göndərilmişdir. Bu materiallar da kifayət qədər maliyyə tutumludur və hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilərək, məqsədəuyğun tədbirlər görülüb”, - o deyib. Geri dön |