Ana Sayfa > Ölkə > DİM sədri hərarəti olduğuna görə imtahana buraxılmayanlarla bağlı məsələyə münasibət bildirib
DİM sədri hərarəti olduğuna görə imtahana buraxılmayanlarla bağlı məsələyə münasibət bildirib20-06-2020, 13:04. Yazar: admin |
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə hərarəti olduğu üçün imtahana buraxılmayan şagirdlərlə bağlı məsələyə aydınlıq gətirib. APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, əvvəllər də suçiçəyi, qızılca, sarılığı olan insanlar imtahanlara buraxılmırdı: “İndiki zamanda kim xəstədirsə, onlara şəfa diləyirəm. Bütün məzunlar attestat alacaqlar, indi imtahana qoşula bilməyənlər üçün sentyabrda imtahan olacaq. Ancaq biz çalışacağıq ki, imtahanlarda xəstə olmayan insanları da imtahana daxil edək. İyunun 10-da imtahanların buraxılmayanların məsələsi bir həftə sonra həll olunacaq, onlar bizə ərizə yazırlar. Amma xəstə olan şəxslərə şəfa arzulayırıq. Çalışacağıq ki, sağaldıqdan sonra bu məsələ həll olunsun”. Geri dön |