Ana Sayfa > Ölkə > ADİF - dən şikayətlər getdikcə artır - Gərginlik...

ADİF - dən şikayətlər getdikcə artır - Gərginlik...


20-06-2020, 12:53. Yazar: admin
ADİF - dən şikayətlər getdikcə artır - Gərginlik...

Azərbaycanda müflis elan edilərək lisenziyaları ləğv olunan "AmrahBank" və Ata Bank"ın filiallarında problemlər yaşanır.
"Kommersant.az" xəbər verir ki, redaksiyamıza daxil olan şikayətlərə əsasən, adı çəkilən bankların filialları hazırda Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən “işğal olunub”. Şikayətə görə, arendaya götürülmüş filialları boşaltmayan ADİF rəsmiləri mülk sahiblərinə "Bütün filialları eyni anda boşalda bilmərik" cavabını verir. Əmlak sahibləri arenda pulunu mülkün boşalacağı günə qədər istəsələr də, ADİF rəsmiləri bankın müflis elan olunduğuna görə ödəmə edə bilməyəcəklərini açıqlayırlar.

Hazırda tərəflər arasında mübahisə davam edir.
Geri dön