Ana Sayfa > Ölkə > “Azericard”ın rəhbərliyində yeni təyinat olub

“Azericard”ın rəhbərliyində yeni təyinat olub


19-06-2020, 10:23. Yazar: admin
“Azericard”ın rəhbərliyində yeni təyinat olub

Azərbaycan Beynəlxalq Bankının törəmə şirkəti və ölkənin ilk prosessinq mərkəzi “AzəriKart” MMC-nin (Azericard) rəhbərliyinə yeni üzv seçilib.

DİA.AZ Banker.az-a istinadən xəbər verir ki, saytı quruma yaxın mənbədən əldə etdiyi məlumatda deyilir.
Məlumata əsasən, Ceyhun Qarayev bu aydan (iyun) başlayaraq “Azericard”ın Müşahidə Şurası üzvi seçilib. O, həmçinin 2018-ci ilin aprel ayından Beynəlxalq Bankın Maliyyə menecmenti departamentinin direktorudur. Adıçəkilən banka isə 2015-ci ildə aparıcı mütəxəssis kimi gəlib.

“Azericard” 1996-cı ildə yaradılıb, 0.5 mln. manat nizamnamə kapitalı Beynəlxalq Banka məxsudur. Azərbaycanda “MasterCard”, “Visa”, “American Express”, “Diners Club”, “UnionPay” və “JCB” Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda “Azericard” Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 17 banka prosessinq xidməti göstərir və onların hamısı – Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür. “Azericard” telekomunikasiya şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişi, mobil və internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələrinin (Kart Transfer, VISA Direct, MasterCard Money Send), VTS, bankomat vasitəsilə sığorta haqlarının və depozitlərin ödənişinin, müxtəlif loyallıq proqramları və s. kimi yeni, müasir və texnoloji layihələrin tətbiqi ilə məşğuldur.
Geri dön