Ana Sayfa > Ölkə > Azərbaycanda maliyyəçilərin orta aylıq əməkhaqqı 2 000 manatı ötüb
Azərbaycanda maliyyəçilərin orta aylıq əməkhaqqı 2 000 manatı ötüb18-06-2020, 12:05. Yazar: admin |
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2 003,8 manat təşkil edib. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici dövlət sektorunda 1 732,8 manat, özəl sektorda isə 2 067,1 manat olub. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə işçilərin orta aylıq nominal əmək haqqı 14%, o cümlədən dövlət sektorunda 15,7%, özəl sektorda isə 13,8% artıb. Qeyd edək ki, cari il mayın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 676,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 926,6 min nəfər, qeyri-dövlət sektorunda isə 749,5 min nəfər təşkil edib. Bu il mayın 1-nə maliyyə sahəsində işçilərin sayı 28,6 min nəfər (5,5 min nəfər dövlət, 23,1 min nəfər özəl) olub. Geri dön |