Ana Sayfa > Ölkə / Manşet > Bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiqi ilə bağlı hələ qərar verilməyib
Bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiqi ilə bağlı hələ qərar verilməyib18-06-2020, 10:04. Yazar: admin |
Koronavirus pandemiyası ilə əlaqədar bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib. Bunu Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlama veriləcək. Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı daha əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bu həftənin cümə və şənbə günlərində sərt karantin rejimi tətbiq oluna biləcəyini demişdi. Geri dön |