Ana Sayfa > Ölkə > Bakıda 43 mindən çox uşaq birinci sinfə qəbul üçün elektron qeydiyyatdan keçib
Bakıda 43 mindən çox uşaq birinci sinfə qəbul üçün elektron qeydiyyatdan keçib12-06-2020, 10:34. Yazar: admin |
2020-2021-ci tədris ili üçün paytaxt məktəblərində I sinfə qəbulla bağlı qeydiyyatdan keçən uşaqların sayı açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, paytaxt üzrə İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 43 395 müraciət edilib. Geri dön |