Ana Sayfa > Ölkə > E-PUL və VİSA sistemi LUKOİL müştəriləri üçün QR ödəniş imkanı yaratdı
E-PUL və VİSA sistemi LUKOİL müştəriləri üçün QR ödəniş imkanı yaratdı11-06-2020, 12:07. Yazar: admin |
Sektorunun innovatoru olan E-PUL ödəniş sistemi daha bir ilkə imza atdı. E-PUL və VİSA-nın birgə layihəsi nəticəsində “Lukoil-Azərbaycan” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində QR kod ilə ödəniş etmək mümkün oldu. İstifadəçilər E-PUL servisinin mobil əlavəsi vasitəsilə QR kodla Bakıdakı LUKOİL brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində ödənişlərini həyata keçirə bilər. Ödənişlərinizi rahat və təhlükəsiz həyata keçirmək üçün aşağıdakıları yerinə yetirin: • E-PUL mobil əlavəsini yükləyin: Android: https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android IOS: https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4 • Kartı qeydiyyatdan keçirin və təhlükəsiz sistemə əlavə edin; • Operator kassada məbləği daxil etdikdən sonra yanacaq sütununa quraşdırılmış QR kodu oxudun; • Mobil əlavədə operator tərəfindən kassada daxil edilən məbləğ əks ediləcək; • Bir toxunuşla vəsait kartdan silinir və bu əməliyyat E-PUL hesabında “Tarixçə” bölməsində əks ediləcək; • Eyni zamanda kassadan ödənişin çekini əldə etmək mümkündür. Göründüyü kimi, bu yenilik bir sıra üstünlüklərə malikdir. Artıq operatorun ödənişi qəbul etmək üçün POS-terminalla sürücüyə yaxınlaşmasına ehtiyac qalmır. Başqa sözlə, müştərilərlə operator arasında təmas minimuma endirilir. Yeniliklə bağlı məlumat verən “Paysis” MMC-nin baş direktoru Samir Nəsibov bunları xüsusi vurğuladı: “Azərbaycanda bu xidmətin hələ tətbiq edilməməsinə və populyar olmamasına baxmayaraq, QR ödənişləri sürətli və rahat ödənişləri təmin edir. POS-terminaldan istifadə etmədən ödənişləri anında yerinə yetirmək olur. Qürur duyuruq ki, “Lukoil-Azərbaycan” QSC və Visa ilə birlikdə ilk dəfə Azərbaycanda bu xidməti təqdim edirik. Bununla da nağdsız ödənişlər istiqamətində fəaliyyətimiz daha da genişləndirilir və rəqəmsal iqtisadiyyata keçidin sürətlənməsinə şərait yaradılır”. “Lukoil-Azərbaycan” QSC-nin baş direktoru Zaur Cəlilov isə bildirdi ki, onun rəhbərlik etdiyi şirkət üçün bu layihənin reallaşdırılması müştərilərin rahatlığı və məmnuniyyəti üçün atılmış uğurlu addımlardan biridir: “Biz daim inkişaf və rahatlıq imkanlarını axtarır, xidmətin operativliyini artırmaq üçün yeni nəsil texnologiyalar tətbiq edirik. İnnovativ inkişafa çevik yanaşan Visa və E-PUL kimi tərəfdaşlarla əməkdaşlıq həm bizə, həm də müştərilərimizə fayda verir”. İnnovativ olanlar hər zaman qazanır! İyunun 11-dən LUKOİL yanacaqdoldurma məntəqələrindən QR kodla minimum 10 AZN dəyərində yanacaq alan hər bir E-PUL və VİSA istifadəçiləri 5 AZN endirim əldə edəcək. Geri dön |