Ana Sayfa > Ölkə > TƏBİB: “Bərdə Müalicə-Diaqnostika Mərkəzi”nin direktoru öz xahişi ilə işdən azad olunub
TƏBİB: “Bərdə Müalicə-Diaqnostika Mərkəzi”nin direktoru öz xahişi ilə işdən azad olunub8-06-2020, 17:46. Yazar: admin |
"Bəzi xəbər portallarında “Bərdə Müalicə-Diaqnostika Mərkəzi” publik-hüquqi şəxsin direktoru Həsən Fərman oğlu Hüseynovun guya karantin rejiminin tələblərini pozduğu və tibb müəssisəsi daxilində kütləvi yoluxmalara yol verdiyi səbəbindən TƏBİB tərəfindən işdən azad olunduğu bildirilib". APA-nın xəbərinə görə, bu barədə TƏBİB-in məlumatında bildirilib. Məlumatda qeyd olunub ki, yazılanlar həqiqəti əks etdirmir və direktor H.Hüseynov digər vəzifəyə keçirilməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib: "Bir daha bütün kütləvi informasiya vasitələrinin nümayəndələrindən xəbər hazırlayarkən diqqətli olmalarını və rəsmi mövqe olmadan məlumatı ictimailəşdirməməyi xahiş edirik". Geri dön |