Ana Sayfa > Ölkə > Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb, 2 nəfər vəfat edib


6-06-2020, 19:19. Yazar: admin
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 379 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1941 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 4024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 334863 test aparılıb.

Geri dön