Ana Sayfa > Ölkə > Restoran, kafe, çay evi və bütün ictimai iaşə məkanları müştərilərə saat 08:00-dan 22:00-dək xidmət göstərəcək

Restoran, kafe, çay evi və bütün ictimai iaşə məkanları müştərilərə saat 08:00-dan 22:00-dək xidmət göstərəcək


29-05-2020, 18:00. Yazar: admin
Restoran, kafe, çay evi və bütün ictimai iaşə məkanları müştərilərə saat 08:00-dan 22:00-dək xidmət göstərəcək

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət 31 may 2020-ci il saat 00:00-dan etibarən saat 08:00-dan 22:00-dək həyata keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ qərargahın qərarında bildirilir.

Qərarda qeyd olunur ki, ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisnadır.

Qeyd edək ki, indiyədək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək həyata keçirilirdi.

Geri dön