Ana Sayfa > Ölkə > Azərbaycanda koronavirusdan sağalanların sayı 2 819-a çatdı

Azərbaycanda koronavirusdan sağalanların sayı 2 819-a çatdı


26-05-2020, 20:18. Yazar: admin
Azərbaycanda koronavirusdan sağalanların sayı 2 819-a çatdı

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 4 403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 819 nəfər müalicə olunaraq sağalıb, 52 nəfər vəfat edib, 1 532 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 56 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Geri dön