Ana Sayfa > Ölkə > Azərbaycan və Ukrayna siyasi məsləhətləşmələr aparacaq

Azərbaycan və Ukrayna siyasi məsləhətləşmələr aparacaq


20-05-2020, 12:21. Yazar: admin

Azərbaycan və Ukrayna siyasi məsləhətləşmələr aparacaq
Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin müavinləri səviyyəsində videokonfrans formatında siyasi məsləhətləşmələr aparacaq.

Bu barədə “Report”a müsahibəsində Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar bildirib.

“Azərbaycanın Ukraynaya yeni təyin etdiyi səfir Elmira Axundova ilə görüşdə nazir müavinləri səviyyəsində videokonfrans formatında siyasi məsləhətləşmələr təşkil etmək barədə razılığa gəldik. Həmçinin koronavirus epidemiyasına qarşı mübarizədə Azərbaycanın göstərdiyi yardıma görə xanım səfirə təşəkkürümü bildirdim”, - V.Bodnar deyib.



Geri dön