Ana Sayfa > Ölkə > DSX-da HƏBSLƏR: rəis müavini və yüksək rütbəli hərbçilər tutuldu - RƏSMİ

DSX-da HƏBSLƏR: rəis müavini və yüksək rütbəli hərbçilər tutuldu - RƏSMİ


14-05-2020, 18:51. Yazar: admin
DSX-da HƏBSLƏR: rəis müavini və yüksək rütbəli hərbçilər tutuldu - RƏSMİ

Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

"Sherg.az" DTX-nin rəsmi saytına istinadən xəbər verir ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda araşdırmalar davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək.
Geri dön