Ana Sayfa > Ölkə / Manşet > Alimin evindən 536 min ABŞ dollarını, 143 min manat dəyərində qızılı kim oğurlayıb?

Alimin evindən 536 min ABŞ dollarını, 143 min manat dəyərində qızılı kim oğurlayıb?


6-09-2017, 16:15. Yazar: admin
Alimin evindən 536 min ABŞ dollarını, 143 min manat dəyərində qızılı kim oğurlayıb?
“Qızıma atılan şərə görə artıq intihar həddindəyəm. Belə yaşamaqdansa, ölmək istəyirəm”.

Bu fikirlər Faktinfo.az-a Bakı şəhəri Yasamal rayonu Faiq Kərimov küçəsi, ev 186-da yaşayan III qrup əlil Zeynalov Abduləli Mirzə oğlu (AZE N-08781897) tərəfindən göndərilən şikayət ərizəsindəndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarından , 1-ci vitse-prezident Mehriban Əliyevadan kömək istəyən Abduləli Zeynalov,həmçinin Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov, Daxili İşlər naziri Ramil Usubovdan kömək istəyir,qızına şər atıldığını bildirərək istintaqın düzgün aparılmasını rica edir.

Abduləli Zeynalovun şikayət ərizəsindən: “Qızım Zeynalova Xanım Abduləli qızı 2010-cu ildən 2014-cü ilə qədər Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyevanın evində xadimə işləyib.Xadimə işlədiyi müddətdə Bakı Metropoliteninə də işləmək üçün CV verib. Qızım dövlət idarəsində çalışmaq, gələcəkdə təqaüd almaq məqsədilə 2015-ci ilin fevral ayından Bakı Metropolitenində işləməyə başlayıb. 2015-ci il oktyabr ayının 19-da isə Aybəniz Əliyevanın xahişini nəzərə alaraq, səhər saat 11 radələrində bacısı ilə birgə onun evinə gedib. Bu zaman məlum olub ki, qızımdan sonra Aybəniz Əliyevanın evində xadimə işləyən Mahirə adlı qadın(soy adı qeyd edilməyib) evdən 100 min manat pul oğurlamasına dair şübhəli bilinərək ondan izahat alınıb. Elə həmin vaxt müstəntiq Elburus Rüstəmov qızım Xanım Zeynalovadan da izahat alıb.

Bundan sonra müxtəlif vaxtlarda övladım bir neçə dəfə bu oğurluq hadisəsinə görə dindirilib. Bu məbləğ isə bir müddət sonra 536 min ABŞ dolları,143 min manat dəyərində qızıl-zinət əşyaları daxil göstərilib.

2017-ci il iyul ayının 21-də isə qızım Zeynalova Xanım barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib, Kürdəxanı həbsxanasına göndərilib. Qızımın 2 övladı mənim himayəmdə yaşayır. III qrup əliləm, xəstəyəm, mən bu uşaqlara necə baxım? İddiaçı Aybəniz Əliyevaya özünün də dediyi kimi, Respublika Prokurorluğundakı qohumu, müstəntiq tanışı kömək etdilər ki, oğurluq hadisəsi mənim qızımın üzərinə atıldı”. (Ərizəçi A.Əliyevanın prokuror qohumunun onu və qızını himayə edən müstəntiqin adını hələki açıqlamır).

Hətta,A.Zeynalov Faktinfo.az-a göndərdiyi şikayət ərizəsində Aybəniz Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tərbiyə işləri üzrə prorektoru işləyən qızı Gülşən Əliyevanı da bir çox məsələlərdə ittiham edir.

Sitat: “Qızımdan sonra Aybəniz Əliyevanın evində xidmətçi işləyən Mahirə 100 min oğurluq etməsinə dair ittiham olunanda (vəsaitin hansı naminasiyada olduğu qeyd olunmur) qızıma Aybəniz Əliyevanın qızı Gülşən Əliyeva tərəfindən təklif olunur: “Xanım, sənə 10.000 (on min manat) pul verirəm, apar bu pulu Mahirənin evinə qoy və yerini də mənə de ”. Bu təklifi qızım Xanım Zeynalova rədd edir. Eləcə də Gülşən Əliyeva bir dəfə qızıma taksi tutub, ona kislota verərək, cinayətə sövq edib. Telefonda onun dediyi qadına söyüş söyməsini istəyib. Qızım bütün hallarda bunları etməyib”.

Ərizəçi,Aybəniz Əliyevaya məxsus seyfin kim tərəfindən alındığını, seyfdən müxtəlif vaxtlarda icazəsiz pul götürüldüyünü, bunun isə münaqişələrə səbəb olduğunu yazır: “Gülşən Əliyeva yaxın tanışı Zorikə (Qalib adlı şəxs nəzərdə tutulur, soyadı yazılmayıb) “Albatros” adlı mağazadan hədiyyə almaq məqsədilə seyfdən 3 min ABŞ dolları götürüb. Bunu Aybəniz Əliyeva biləndə qızı ilə davası düşüb. Belə hallar dəfələrlə təkrarlanıb. Hər dəfə Zoriklə çöl gəzintiləri külli miqdarda vəsait xərclənməsinə səbəb olub”.

Abduləli Zeynalov ərizəsində tərbiyəvi əhəmiyyət kəsb edən ifadələr işlədir,çağırış da edir. Universitetdə məsul vəzifədə kimin işləməsinin fərqinə varın – deyir.

536.000 min ABŞ dollarını, 143 min manat dəyərində qızıl-zinət əşyalarını qızının oğurlamadığını vurğulayır. Aybəniz Əliyevanın və qızının bu qədər vəsaiti haradan əldə etmələrini, AMEA Əlyazmalar İnstitutunda bu qədər vəsaitin qazanılmasına inanmır, 1.000 000 (bir milyon) manata yaxın vəsaitin mənbəyi barədə soruşulmasını istəyir, alim, ziyalı ailəsində 536.000 min ABŞ dollarının olmasına şübhə ilə yanaşır, bu olsa belə oğurluq hadisəsindən Aybəniz Əliyevanın 5-10 gün deyil, 8 ay sonra xəbər tutmasını “pul, qızıl iynə idi ki, A.Əliyeva bunun oğurlanmasından 8 ay sonra xəbər tutdu” məntiqi ilə izah edir.

O,A.Əliyevanın mətbuata verdiyi açıqlamasına da aydınlıq gətirir: ”A.Əliyevaya bildirmək istəyirəm ki,mətbuata onun haqqında artıq- əskik heç nə danışmamışdım.Qızım haqqında iddia olunan 536 min ABŞ dolları 143 min manat dəyərində qızıl-zinət əşyalarının mətbuata açıqlanması da istintaq sirri sayıla bilməz. Qızım haqsız yerə tutulub ,susmalıyam ki?..

İstintaq materiallarına əlavə olunası fikirlər də A.Əliyevanın bir neçə gün əvvəl saytlara danışdığı ifadələr olmalıdır.Qızım barəsində 536 min ABŞ dolları ,143 min manat oğurluq iddiası ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib.Beş gün əvvəl Aybəniz Əliyeva mətbuata açıqlama verəndə açıqca bildirdi ki,evindən qeyd olunan məbləğdə vəsaitin oğurlanması ilə bağlı xəbərsizdir,məbləği polis hesablayıb.Beləcə məsuliyyəti boynundan atdı. Mənim qızımı isə 1.000.000 manat məbləğində pulun oğurlanmasında ittiham edir.Bu səbəbdən də nə bilirəmsə, ictimailəşdirmək qərarına gəlmişəm”.

Faktinfo.az Aybəniz Əliyeva ilə əlaqə saxlamaga çalışıb, ona və qızına qarşı irəli sürülən ittihamlara cavab axtarıb. Bir neçə dəfə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna zənglər edilsə də, A.Əliyevanın xarici ölkədə ezamiyyətdə olduğu bildirildi.

Dövlət Mədəniyyət və İncəsənət Universitetinə olunan zənglərə isə ümumiyyətlə cavab verilmədi.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Geri dön