Ana Sayfa > Ölkə / Manşet > Əbülfəz Məlikovun qara günləri başlayır...
Əbülfəz Məlikovun qara günləri başlayır...16-05-2017, 10:53. Yazar: admin |
"Trans Broker” MMC-nin rəhbəri olmuş, hazırda "Gilan Holdinq"də fəaliyyətini davam etdirən, amma hələ də yağ məsulları və avtomobil hisslələrinin idxalınını monopoliyasınd saxlayan qeyri-rəsmi milyarder Əbülfəz Məlikova cinayət işi açıla bilər. Bu barədə DİA.AZ-a mötəbər mənbələrdən informasiya daxil olub. Qeyd edək ki, zaman-zaman Əbülfəz Məlikov yerli KİV-də Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun "sağ əli" kimi təqdim olunub. Dia.az-a daxil olan son məlumata görə, bir müddət öncə ölkəni tərk edərək Moskvaya qaçdığı haqda müxtəlif dolaşıq xəbərlər yayılan Əbülfəz Məlikov özünün bəzi maliyyə maxinasiyaları ilə həm də FHN şefini hədəfə gətirib. Mənbənin söylədikləri: "Əbülfəz Məlikob bu günə qədər gömrük sisteminin əsas qara yaralarından biri olub. İş elə gətirib ki, onun qara işləri bütünlükdə olaraq Dövlət Gömrük Komitəsinin adına MƏNFİLİK gətirib. Onun ayağında böyük maliyyə maxinasiyaları, dövlətdən gizlədilən milyonlar var. İndi bunun hesabatı verilməlidir. Yəqin ki, bu günlərdə Əbülfəz Məlikovun qapısı döyüləcək. Buna hər kəs şahid olacaq". Məlikov mediaya qapalı şəxs olduğundan indiyə qədər heç bir media nümayəndəsi onunla əlaqə saxlaya bilməyib. Buna baxmayaraq dia.az olaraq onu dinləməyə hazır olduğumuzu bəyan edirik. Mövzunu diqqətdə saxlayacağıq. Geri dön |