Ana Sayfa > Ölkə / Manşet > "Üz tuta biləcəyimiz ünvan qalmayıb" - Atası komada olan jurnalist

"Üz tuta biləcəyimiz ünvan qalmayıb" - Atası komada olan jurnalist


21-10-2016, 08:44. Yazar: admin
"Üz tuta biləcəyimiz ünvan qalmayıb" - Atası komada olan jurnalist
"Atamın komada olmasından 8 ay ötüb, 9-cu ay gedir. Bu müddətdə bir dəyişiklik olmasa da, biz ümidimizi itirmirik". Bu fikirləri Qaynarinfo.Az-a komada olan yazıçı-publisist Əli Əliyevin oğlu, jurnalist İmdad Əlizadə bildirib.

Jurnalist bildirib ki, beyn əməliyyatından sonra da atasının səhhətində heç bir dəyişiklik olmayıb:

“Atamın “54 gün mühasirədə” kitabının satışından toplanan vəsait onun əməliyyatına və bir aylıq xəstəxana xərclərinə sərf olundu. Təbii ki, gün geçdikcə vəziyyət çətinləşir. 9 ay özəl xəstəxanada xəstə saxlamaq asan deyil. Bu bir məcburi köçkün ailəsi üçün isə əlçatmazdı. Sağ olsun, dostları, yaxınları, xeyirxah insanları bu müddətdə bizə dəstək olublar. Amma indi nə özümüzdə imkan qalıb, nə də üz tuta biləcəyimiz bir şəxs, ünvan var. Atamın durumu isə onu xəstəxanadan çıxarmağa imkan vermir. Çünki atam bu gün də xəstəxananın reanimasiya şöbəsində müalicə olunur. Reanimasiyada müalicə olunan xəstəni evə necə aparmaq olar? Bu xəstəni ölümə aparmaq kimi bir şeydi".

Jurnalist deyir ki, məskunlaşdıqları uşaq bağçasındakı acınacaqlı vəziyyət, ora xəstə aparmağa imkan vermir:"Bütün bunlara görə, çox çətin və çıxılmaz durumdayıq".

Geri dön