Ana Sayfa > Ölkə / Manşet > Kürdəmirdə kimlər nədən narazıdır?

Kürdəmirdə kimlər nədən narazıdır?


20-10-2016, 08:28. Yazar: admin
Kürdəmirdə kimlər nədən narazıdır?
Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin ləğvi və onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarına verilməsi prosesi artıq başa çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nizamnaməsinə görə, yerli mərkəzlər DSMF şöbələrinə birləşdirilib. Bunda nazirliyin məqsədi korrupsiyanın, yerli mərkəzlərdən edilən şikayətlərin qarşısını almaq idi. Amma bu məsələdə nazirliyin şəffaf bir sistem yaratmaq siyasəti tam iflasa uğradı. Əsas səbə kimi də nazirlik bu məsələdə köhnə korrupsioner işçilərədən sıyrıla bilmədi. DSMF-nin digər rayon şöbələrində olduğu kimi DSMF-nin Kürdəmir rayon şöbəsində də müsbət yöndə heç bir dəyişiklik baş vermədi. Buna səbəb qurumun bir çox korrupsioner işçiləri yenə də öz ampulasında olmasıdı.Gundelik-Baku.com-a göndərilən şikayyətdə bildirilir ki, DSMF-nin Kürdəmir rayon şöbəsinin işçiləri Hamil Hidayətov, Ramil Mürsəlov (Kürdəmirdə sosial yardım monopliyası necə deyərlər bu şıxslərin əlindədi), pensiya sektorunun məsul işçiləri Elnur, Elçin və digərləri (şöbənin bütün işçiləri korrupsiya ilə məşğul olduğu üçün bütün adları yazmağa ehtiyac duymuruq) saxtakar əməlləri ilə ictimaiyyətin gündəmindən çıxmırlar. Daxil olan məlumata görə, ünvanlı sosial yardım və sosial müavinətləe sahəsinə nəzarət tam olaraq Hamil Hidayətova verilib. Burada Hamil Hifayətov Ramin Mürsəlovla əlbir olub sosila yardım və sosial müavinətlər sahəsində vətəndaşların qanını içməkdə davam edirlər. Uzun müddətdir DSMF-nin Kürdəmir rayon şöbəsində vətəndaşların get-gələ salınması, müxtəlif problemlər yaradılaraq onların rüşvətə sövq edilməsi ilə bağlı mətbuatda xeyli şikayətlər, yazılar dərc olunub, yüzlərlə vətəndaşa saxta təqaüd, pensiya və sosial yardım düzəldilməsi və müxtəlif saxtakarlıqlar edilməsi ilə bağlı məlumatlar dərc olunsada birbaşa nazir Səlim Müslümova və aidiyyatı orqanlara şikayətlər olunsa da, nədənsə nazir Səlim Müslümov öz işçilərinin qara əməllərinə haqq qazandıraraq susur, onlar barəsində heç bir tədbir görmür. DSMF-nin Kürdəmir rayon Pensiya Təyinatı Sektorunun inspektorları rüşvət qarşılığında çoxlu sayda vətəndaş üçün saxta sənədlər əsasında pensiya təyinatı aparırlar. Həmin pensiya vətəndaşlara 2000-3000 manat rüşvət qarşılığında başa gəlir.. DSMF-nin Xətai rayon şöbəsində baş verən qanunsuzluqlarla bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə oxucularımıza Elçin Məmmədovun Şahin Quliyevin yaxın qohumu ilə hansı işlər çevirdiyini oxucullarımıza təqdim edəcəyik. Üzülərək demək istəyirik ki, DSMF-nin Kürdəmir rayon şöbəsində vəziyyət heç də ürəkaçan səviyyədə deyil. Belə ki, şöbənin işçiləri arxalarında dayanan himayəçilərinin müdafiəsinə arxalanaraq vətəndaşları süründürməçiliyə məruz qoyur və onların hüquqlarını pozurlar, vətəndaşlardan pul dilənirlər. Şöbədə mövcud olan neqativ hallar artıq pik nöqtəyə çatmaq üzrədir. Maddi imkanlarına görə şəhərdəki iş adamlarını belə arxada qoymağı bacaran DSMF-nin Kürdəmir rayon işçiləri qanunvericiliyin tələblərinə əməl etmirlər. Və bunların hərəkətinə də müdir Əlyunis Mütəllimov da dəstək verir. Fondun Kürdəmir rayon şöbəsində vəziyyət kritik həddə çatıb və rayonun pensiya alan sakinləri, eləcə də xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər şöbənin məsul şəxslərinin qanunsuz əməllərindən təngə gəliblər. Şöbənin səlahiyyətli şəxsləri xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara əməlli-başlı problem yaradırlar. Məlumat üçün bildirək ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığorta haqqının ödəyiciləri hesab olunurlar. Sahibkarlıq fəaliyyəti ilə məşğul olub özü-özlərini sığorta edən fiziki şəxslər - əmək müqaviləsi ilə işçi qüvvəsindən istifadə etməyərək fəaliyyətlərini müstəqil surətdə öz riski ilə həyata keçirən və əsas məqsədi mənfəət əldə edilməsi olan fiziki şəxslərdir. "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası prezidentinin 2007-ci il 25 oktyabr tarixli 2458 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilib. Buna müvafiq olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə Dövlət Sosial Müdafiə Fondu orqanlarında uçotu Vergilər Nazirliyinin təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunurlar. Kürdəmirdə isə xırda sahibkarlardan yığılan məcburi dövlət sosial sığorta haqları dövlət büdcəsinə keçirilmir, işçilər özləri mənimsəyir həmin pulları. Sahibkarlar buna etiraz edəndə də fondun işçiləri qayidib deyirlər ki , gedin hara deyirsə deyin, biz heç kimdən qorxmuruq. Baxın vəziyyət budur DSMF-nin Kürdəmir rayon şöbəsində. Əlyunis Mütəllimov müdir təyin olunandan sonra neqativ hallar özünün pik nöqtəsinə çatıb. Təcili tədbirlər görülsün. Qeyd: Fondun bəzi işçiləri haqqında daha ciddi faktlara sahibik. Onu da ictimaiyyətə təqdim edəcəyik.

Kürdəmir rayon sakinləri:
1. Məmmədov Nəcəf Həsən oğlu
2. Quliyev Kamran İbrahim oğlu
3. Abdullayeva Zemfira Əliş qızı
4. Gülalıyev Şahin Osman oğlu
5. Əmirova Mehriban Sakit qızı
6. Qurbanov İsrayıl Bayram oğlu
7. Dünyamalıyev Alim Rahman oğlu
8. Hidayətov İbrahim Qürbət oğlu
9. Əhmədova Aygün Paşa qızı
10. İsgəndərli Elşən Tahir oğlu
11. Musayeva Şəbnəm Rza qızı
12. Veyisov Elşən İsmayıl oğlu

Biz aidiyyatı orqanlardan tələb edirik ki, DSMF-nin Kürdəmir rayon şöbəsinin əməkdaşları barədə sərt tədbirlər görülsün. Əks təqdirdə yenə də müraciətimizi davam etdirəcəyik.

Geri dön