Ana Sayfa > Ölkə / Manşet > Deputatlar icra başçısını prezident hesab edirlər

Deputatlar icra başçısını prezident hesab edirlər


14-03-2016, 09:24. Yazar: admin
Deputatlar icra başçısını prezident hesab edirlər
Ötən günlərdə Sumqayıt şəhərinin deputatları Muxtar Babayev və Tahir Mirkişili şəhər sakinləri ilə görüşlər keçiriblər. JAM.AZ xəbər verir ki, 42 saylı ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Tahir Mirkişili və 43 saylı III seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Muxtar Babayev 42-ci məhəllədə yaşayan seçicilərlə görüş keçiriblər.

Deputatlar öncə məhəllədə görülən abadlıq işləri ilə, qurulan uşaq meydançası ilə, yeni quraşdırılmış söhbətgahlar və oturacaqlar ilə tanış olublar. Daha sonra millət vəkilləri ağacəkmə kampaniyasında iştirak edərək ağac əkiblər. Xeyir-Şər evində keçirilən görüşdə millət vəkilləri son aylarda şəhərdə aparılan abadlıq və quruculuq işləri haqqında məlumat veriblər. «Sakinlər Sumqayıt şəhərinə göstərdiyi xüsusi diqqət və qayğıya, eyni zamanda şəhər sakinlərinin rifah halının yaxşılaşdırması istiqamətində atılan addımlara görə şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər».

JAM.AZ xəbər verir ki, Sumqayıtdan deputat seçilmiş bu iki şəxs ümumiyyətlə, Prezidenti saya salmırlar. Çünki bütün tikinti və abadlıq işləri ilə bağlı qərarları dövlət başçısı verir. Və bütün açıqlamalarda təkcə dövlət başçısının deyil, həmçinin digər millətlərin də mövqeləri sərgilənir.

Baş verənlərdən belə anlaşılır ki, qurumun iki üzvü ümumiyyətlə, Prezidenti deyil, Zakir Fərəcovu dövlət başçısı olaraq görürlər. Əks təqdirdə, Tahir Mirkişili və Muxtar Babayev görülən işlərdə dünənlərdə icra başçısı təyin olunmuş Zakir Fərəcova deyil, Prezident İlham Əliyevə minnətdarlıq edərdilər.

Geri dön