Ana Sayfa > Ölkə / Manşet > "Femina"ya müştəri oldu, indi xəstəxanalarda qalıb...
"Femina"ya müştəri oldu, indi xəstəxanalarda qalıb...10-02-2016, 10:39. Yazar: admin |
Redaksiyamıza müraciət edən Bakı sakini Azər Nəbiyev "Femina" xəz dəri dükanını məhkəməyə verməyə və firmadan bğyük həcmdə təzminat istəməyə hazırlaşdığını deyir. DİA.AZ-a yazan narazı vətəndaş iddia edir ki, keçən ilin oktyabrında «Femina»nın «Sədərək» Ticarət Mərkəzində yerləşən firma mağazasından aldığı kürk onun həyat yoldaşını sağalmaz xəstəliyə düçar edib. Bakı sakini dia.az-a yazır: "Guya məqsədim həyat toldaşımı sevindirmək idi. Amma 4 aydır ki, yataq xəstəsidir və dərisində bilinməyən səbəbdən yaralar peyda olur. Həkimlər dəfələrlə bu yaraların kökünü kəsməyə çalışsalar da, qısa müddətdə dəri altından yenidən yaralar açılmağa başlayır. Hələlik 2 aya yaxındır ki, Moskvada həyat yoldaşımı müalicə etdirirəm. Artıq bu sağalmaz yaraların səbəbini həkimlər tapıb. "Femina"dan aldığımız kürklərdən bakteriyalar insan bədəninə keçərək, orada yuva salırlar". Narazı vətəndaş bildirir ki, bununla bağlı həm hüquq-mühafizə orqanlarına şikayət edəcək, həm də şirkətə qarşı böyük həcmdə təzminat davası açacaq: "Hələlik başım müalicəyə qarışıb. Xanımım tam sağalandan sonra Bakıya dönüb, "Femina"dan hesab soracam". Dia.az xatırladır ki, dünən yerli KİV-də "Femina"da satışa çıxarılan kürklərin Çin malı olduğu iddia olunub. Görünəni odur ki, hətta tullantılardan belə bahalı kürkləri düzəltməkdə pərgar olan çinlilər məhsullarının insan sağlamlığına zərərli olub-olmayacağını heç araşdırmayıblar da... Qarşı tərəfi də dinləməyə hazırıq... Geri dön |