Ana Sayfa > Ölkə / Manşet > Vəhhabilərin Bakıda kolbasa-sosiaska «əməliyyatı»-FOTOLAR
Vəhhabilərin Bakıda kolbasa-sosiaska «əməliyyatı»-FOTOLAR4-02-2016, 09:47. Yazar: admin |
Bu ilin əvvəlində DİN əməliyyat keçirərək, insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız və müddəti bitmiş yeyinti məhsullarının satışının qarşısını almışdı. Rəsmi məlumatda vurğulanırdı ki, əməliyyat nəticəsində Bakı şəhər sakinləri -“Al-Sana” MMC-nin satış meneceri Vüqar Namazov və sürücü Kamil Mehdiyev 200 kiloqrama yaxın istifadəyə yararsız və müddəti bitmiş “Fitnes” kolbasa və sosiska məmulatlarını satarkən saxlanılıb. Bu məhsulların xaricdə istehsal edildiyi ilk olaraq diqqəti çəksə də, sonradan məlum oldu ki, əslində vəziyyət tamam başqadır. JAM.AZ xəbər verir ki, «Fitnes» kolbasa və sosiskaları "Marka" şirkətinə məxsusdur. Firma həmin məhsulları isə “Al-Sana” MMC-nin sexində istehsal edir. Qeyd edək ki, firma “Fitnes” kolbasa və sosiska brendi ilə TV kanallarında da reklam olunur. Bundan başqa, onların hallalıq sertifikatı olmadığı halda, məhsullarının üzərinə «Halal» yazdıqları da aşkarlanıb. İndi isə keçək əsas mətləbə. JAM.AZ bildirir ki, «Fitnes»i istehsal edən «Marka» və «Al-Sana»nın sahibləri heç də kiçik adamlar deyillər. Daha doğrusu, hər iki şirkət radikal dini cərəyan olan vəhhabilərin nəzarətindədir. Bunu bu şirkətlərin başında duranların kimliyi də təsdiq edir. Məsələn, şirkətlərin təsisçilərindən biri Ramil Soltanovdur. Onun Mədinə şəhərində dini təhsil aldığı və «Mədinə tələbsi» adı ilə məşhur olduğu da aydınlaşıb. Lüks həyat tərzi sürən Ramil Soltanovun idarə etdiyi avtomobilin markası «Range Rover»din. İslam adətlərinə uyğun olaraq çoxarvadlılıq prinsipinə riyayət edir və ikinci həyat yoldaşına da son model «Prado» bağışlayıb. Təbii ki, bu, onun şəxsi işidir. Şirkətin bir digər təsisçisi isə İlkin Nuriyevdir. JAM.AZ xəbər verir ki, Nuriyev əsas fiqurlardan sayılır və onun dövlət məmurlarından birinin oğlu ilə çox yaxşı münasibəti var. Daha doğrusu, bu dostluq əlaqəsi səviyyəsindədir. Həmin məmurun və oğlunun kimliyi bizə məlum olsa da, bəzi dəqiqləşdirmələr səbəbindən hələlik açıqlamırıq. İşin maraqlı tərəflərindən biri də həmtəsisçilər arasında başqa bir vəhabinin olmasıdır. Araşdırmalar zamanı bəlli olub ki, «Marka» və «Al-Sana»da pay sahibi olan vəhhabi Rövşən Abdullayev, həm də «SAB» şirkətinin şəriklərindədir. Qeyd edək ki, vəhhabilərin qida sənayesinə nüfuz etməsi ilk baxışdan adi görünsə də, mahiyyət baxımından təhlükəli olduğu diqqəti çəkir. Ona görə ki, bu radikal dini cərəyanın nümayəndələrinin yerli əhaliyə olan münasibətində ikili yanaşma var və bəzi hallarda bu düşmən obrazı yaratmaq səviyyəsinə qədər yüksəlir. Elə vaxtı keçmiş məhsulların satılması bunun əyani sübutu kimi diqqəti çəkə bilər. Çünki həmin məhsullardan yararlananların zəhərlənmə, hətta ölmə risqləri həddindan artıq böyük idi. Digər tərəfdən, bu dini qruplaşmasının radikal ünsürlərə maliyyə yardımları edib, etmədikləri də sual altındadır və müəmmalıdır. Çünki vəhhabilikdə «əxi»lərin bir birinə yardım etmələri vacib əməllərdən sayılır. Belə olan təqdirdə, o da anlaşıla bilər ki, «Marka» və «Al-Sana»nın sahibləri də «əxi»lərə yardımçı olmuş olurlar. Yazıda adları keçən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. Geri dön |