Ana Sayfa > Ölkə / Manşet > İqtisad Universitetinin rektorundan Prezident sərəncamına görünməmiş hörmətsizlik

İqtisad Universitetinin rektorundan Prezident sərəncamına görünməmiş hörmətsizlik


26-01-2016, 10:54. Yazar: admin
[b]İqtisad Universitetinin rektorundan Prezident sərəncamına görünməmiş hörmətsizlik
Ədalət Muradovun rektor təyinatı haqqında Prezident sərəncamında onun vəzifəsi “Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru” kimi göstərilsə də, Ədalət Muradov “Azərbaycan” qəzetində çap etdirdiyi məqaləsində vəzifəsini “UNEC rektoru” yazıb…
…Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov son zamanlar sensasiya sayıla biləcək şok addımlar atmaqdadır. Onun rəhbəri olduğu universitetin adı ilə bağlı atdığı hüquqi addımlar isə artıq siyasi özbaşınalıq kimi də dəyərləndirilə bilər.
Budur, rəsmi “Azərbaycan” qəzetinin 17 yanvar 2016-cı il tarixli sayında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun imzası ilə ““Thomson Reuters”ə çıxış universitetlərin dünya elminə inteqrasiyasını sürətləndirəcəkdir” başlıqlı məqaləsi dərc olunub… Məqalənin mahiyyəti bizim üçün maraqlı deyil və diqqəti çəkən, narahatlıq doğuran başqa məsələdir. Daha doğrusu, rektor Ədalət Muradovun Prezident İlham Əliyevin onu rector təyin etməsi haqqında imzaladığı 5 mart 2014-cü il tarixli sərəncamına görünməmiş hörmətsizliyidir. Budur, Prezidentin Sərəncamında deyilir:
[b]“Ə.C. Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2014-cü il”.
Bu da Ə.Muradovun məlum məqaləsinin vacib hissəsi: “… Yaxın dövr ərzində UNEC-də “Thomson Reuters”in elmi platformaları da daxil olmaqla, dünyanın əksər nüfuzlu elmi platformalarına elektron qaydada tam çıxış imkanlarına malik, eləcə də rəflərində ən müasir elmi və populyar nəşrlərin olduğu müasir bir kitabxananın açılışının edilməsi planlaşdırılır. Hesab edirik ki, belə bir kitabxananın istifadəyə verilməsi UNEC-də həm tədris prosesinin, həm də elmi fəaliyyətlərin informasiya təminatını köklü şəkildə yaxşılaşdıracaq və UNEC-i dünya səviyyəli universitet olma yolunda bir addım daha önə aparacaqdır.
Ədalət MURADOV, UNEC rektoru, iqtisad elmləri doktoru, professor
Elşən BAĞIRZADƏ, UNEC rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru”.
Göründüyü kimi, Prezident Sərəncamında vəzifəsi “Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru” göstərilsə də, professor Ədalət Muradov rəsmi dövlət qəzetində (həmçinin universitetdaxili əmrlərdə) vəzifəsini “Ədalət MURADOV, UNEC rektoru, iqtisad elmləri doktoru, professor” kimi göstərir.
Biz bu adın mənasını aydınlaşdırmağa çalışdıq. Məlum olur ki, rektor bunu 30-cu ildə bu təhsil ocağında hansısa bir ingilisin olması şərəfinə belə bir ad seçib və bunu beynəlxalq əmtəə nişanı kimi tanıtmaq və təbliğ etmək fikrindədir.
Əcaba, bu ingilisin şərəfi Azərbaycan Prezidentinin Sərəncamından, Azərbaycanın dövlət dilinin mahiyyətindən və nəhayət, milli maraqlarımızdan irəli və şərəflidirmi???
İnanırıq ki, bu suala tezliklə cavab tapılacaq.
Mövzunu davam etdirəcəyik.
Sonda: “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun I fəsil, Ümumi müddəalar, “Maddə 1. Əsas anlayışlar” hissəsində deyilir: “Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır:
əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır)”.
Belə çıxır ki, rektor Ədalət Muradov 85 yaşlı Ali təhsil ocağına sahibkar gözü ilə, özü də əmtəə kimi baxır?[/b]
Geri dön