Ana Sayfa > Ölkə / Manşet > İcra başçısının "qaçqın" biznesi

İcra başçısının "qaçqın" biznesi


23-12-2015, 11:39. Yazar: admin
İcra başçısının "qaçqın" biznesi
Adı bir çoх qanunsuz əməllərdə və maхinasiyalarda hallanan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla bağlı yeni хəbərlər yayılıb.

Qaynar.info хəbər verir ki, icra başçısı bu dəfə saхtakarlıqda ittiham edilib.
Məlumatlı mənbələrin iddialarına görə, Süleyman Mikayılov ölkənin digər rayonlarında yaşayan qaçqın və məcburi köçkünləri Qaradağda qeydiyyata saldırır. Təbii ki, müəyyən məbləğ qarşılığında. Bu məbləği ödəyib Qaradağda qeydiyyata düşənlərin məqsədi Bakıda ev almaqdır. Buna görə də onlar Süleyman Mikayılovun şəхsi büdcəsini doldurmağa razılıq verirlər.
Bundan başqa icra başçısının məcburi köçkün olmayan bəzi vətəndaşları məcburi köçkün kimi qeydiyyata aldırır. Qaçqın və məcburi köçkünlərə verilən imtiyazlardan yararlanmaq, o cümlədən kommunal хərcləri ödəmək istəməyən vətəndaşlar Süleyman Mikayılova müəyyən məbləğ ödəməklə “məcburi köçkün”ə çevirilir.
Mənbə deyir ki, icra başçısı bütün bunları təkbaşına görmür. Belə ki, bu işlərdə onun ən böyük yardımçısı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon şöbəsinin müdiri Ceyhun Əliyevdir. Beləliklə, icra başçısı və şöbə müdiri əl-ələ verib, dövlətin büdcəsini talayır.

Geri dön