Ana Sayfa > Ölkə / Manşet > Cavid Qurbanova qarşı İTTİHAMLAR

Cavid Qurbanova qarşı İTTİHAMLAR


9-12-2015, 10:38. Yazar: admin
Cavid Qurbanova qarşı İTTİHAMLAR
“Elyar Muradovun, Rəhman Babaşovun, Hikmət Quliyevin özbaşınalıqlaırndan ASC sədrinin birbaşa xəbəri var və bu qrupun qanunsuz əməllərindən əldə olunan gəlirlərdən Azərbyacan Dəmir Yolları ASC-nin sədrinə də pay çatır”

“Azərbaycan Dəmir Yolları" ASC-də vəziyyət tamam başqa cürdü. Yəni Cavid Qurbanov hər gün keçmiş rəis Arif Əsgərovun atasına yüz dəfə rəhmət oxutdurur”. Vertikal.az xəbər verir ki, bu sözlər Azfakt.com saytına ünvanlanan şikayət məktubundandır.

Qeyd edək ki, Azərbyacan Dəmir Yolları ASC-də baş alıb gedən qanunsuzluqlarla bağlı oxucularımıza məlumat vermişdik. Bakı Dəmir yolu deposunda Rəhman Babaşovun, Sərnişin Daşınmalar Departamentinin rəisi Elyar Muradovun, onun müavini Hikmət Quliyevin və digərlərinin əlbir olaraq qanunsuzluqlar etməsi, qurumda işləyən xanım işçilərə qarşı əxlaqa sığmayan təkliflər etmələri və korrupsiya faktları barədə saytımıza göndərilən məktubu oxucularımıza çatdırmışdıq. Şikayətçinin məktubunda qeyd edirdi ki, Bakı Deposunda baş alıb gedən qanunsuzluqlardan, özbaşınalıqlardan və korrupsiya faktlarından Azərbyacan Dəmir Yolları ASC-nin sədrinin xəbəri yoxdur və Cavid Qurbanovun bunları bilərsə problemi həll edəcək.

Ancaq AzFakt.com-a Azərbaycan Dəmiryolları ASC-nin adını açıqlanmasını istəməyən başqa bir işçisinin göndərdiyi məktubda daha ilginc məlumatlar yer alıb. Həmin məktubu kiçik düzəlişlə oxucularımızın diqqətinə cəlb edirik.

“Hörmətli AzFakt.com redaksiyası!

Saytınızda Bakı Deposunda baş alıb gedən qanunsuzlardan ASC sədri Cavid Qurbanovun xəbərsiz olduğunu yazmısınız. Sizi əmin edirəm ki, Bakı Deposunda baş alıb gedən qanunsuzlardan Cavid Qurbanovun xəbərsiz olması haqqında söylənənlər başdan ayağa yalandır. Çünki Azərbaycan Dəmir Yolları ASC-də baş alıb gedən korrupsiyadan, qanunsuzluqdan ASC sədri Cavid Qurbanovun nəinki xəbəri var, hətta bu işləri birbaşa özü idarə edir.

Cavid Qurbanov Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradovla çox yaxın münasibətlərə malikdirlər və hər zamanda bir yerdə olurlar. Dəfələrlə Elyar Muradovun qanunsuzluqlaır ilə bağlı Cavid Qurbanova şikayətlər olunub. Lakin Cavid Qurbanov bütün şikayətləri qulaqardına vuraraq Elyar Muradovun qanunsuzluqlarına və bütün həddləri aşan özbaşınalıqlarına göz yumaraq, onu qoruyub. Elyar Muradov ikinci dəfə ailə həyatı quraraq Nəqliyyat naziri Ziya Məmmədovla "qohum"- olub. Məhz bu vəzifədə qalmasından və heç kəslə hesablaşmaması nazirə qohum olmasından irəli gəlir.

Cavid Qurbanov ASC sədri olduqdan sonra bizim əmək haqqılar 3 dəfə aşağı düşdü.Halbuki keçmiş sədr Arif Əsgərovun dövründə qatar rəisləri 500-600 manat arası əmək haqqı alırdılar. Ancaq indi özlərinə məxsus qatar rəislərindən başqa yerdə qalanlar 250-300 manat arası əmək haqqı alırlar.

ASC-də hər kəs yaxşı bilir ki, Bakı Deposunda Rəhman Babaşovun rəhbərliyi altında hər ay yüz min manatlarla vəsait silinərək mənimsənilir. Rəham Babaşovun krişası Elyar Muradov isə silinən vəsaitin bir hissəsini ASC sədri Cavid Qurbanova verir.

Cavid Qurbanova Elyar Muradova Rəhman Babaşova sual vermək lazımdır ki, rezerv vaqonlardakı xanım qatar rəisləri və bələdçiləri niyə 400-500 manat əməkhaqqı alır? Bu suala cavab vermiyəcəklər.Çünki həmin xanımlar Elyar Muradovun, Rəhman Babaşovun, Hikmət Quliyevin və dıgərlərinin yatağından keçirlər.

Bakı Deposunda bələdçi xanımların qatarları öz vəsaitləri hesabına boyalamalarından Cavid Qurbanovun xəbəri yoxdur? O zaman belə çıxır ki, Avropa Olimpiya Oyunları zamanı Dəmiryolçuların əmək haqqısından kəsilən 50 manatdan da Cavid Qurbanovun xəbəri yoxdur. Bu heçdə inandırıcı deyil. ASC-də hər kəs bilir ki, Avropa Oyunları zamanı əmək haqqlarımızdan 50 manatın kəsilməsi göstərişini birbaşa Cavid Qurbanov verib.

Sizi əmin edirəm ki, Cavid Qurbanov gələndən sonra Dəmir Yolları ASC-də özbaşınalıq, korrupsiya bir neçə dəfə çoxalıb. Cavid Qurbanovun bu vəzifəyə gəldiyi gündən işi gücü pul yığmaqdır. Əgər bu belə olmasaydı, ASC-də uzun illərdən bəri korrupsiyanın başında gedən şəxslərlə bu gun birlikdə addımlamazdı. Amma biz görürük ki, Cavid Qurbanov onlardan əl çəkmir və bu münasibətləri dahada istiləşdirir.

Cavid Qurbanov ASC-nin binasından çıxanda ətrafında 20 nəfər olur. Həmin 20 nəfər sədri aftomobilə minənə qədər müşayət edirlər. Buna görə də ASC-də şaiyə buraxıblar ki, guya Cavid Qurbanovun ətrafı qəsdən çoxlu şəkildə onu müşayət edirlər ki, sədrə heç kəs yaxınlaşmasın. Əslində bu şaiyə yox faktdır. Məhz ASC-nin binasına gəlib saatlarla Cavid Qurbanovun qəbulunda gözləyib onunla görüşə bilməyənlər çox vaxt bina girişinin qarşısında dayanıb ASC sədri ilə görüşəcəyinə ümid edir. Ancaq ASC sədrinin “quyruqları” onu toplu şəkildə müşayət edərək hansısa şikayətçinin Cavid Qurbanova yaxınlaşmasına imkan vermirlər.

Ətrafının Cavid Qurbanovu toplu şəkildə aftomobilinə qədər müşayət etməsi əslində birbaşa ASC sədrinin öz planıdır. O, şiakyətçilərlə qarşılaşmamaq üçün bu üsuldan istifadə edir. Məlumatda qeyd olunur ki, 3 ay öncə Bakı Zaqatala qatarını bələdçi xanımlar depoda öz şəxsi hesablarına boyalayıblar. Depo rəisi Rəhman Babaşov və Elyar Muradov açıq aşkar deyib ki, narazılıq edənlər işləri ilə vidalaşacaq.

Elyar Muradovla Rəhman Babaşov bizə şəxsən göstərişin ASC sədri Cavid Qurbanovdan gəldiyini dedilər. Gördüyünüz kimi Azərbayvcan Dəmir Yollaır ASC-də vəziyyət tamam başqa cürdü.Yəni Cavid Qurbanov hər gün keçmiş rəis Arif Əsgərovun atasına yüz dəfə rəhmət oxutdurur”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri dön