Ana Sayfa > Ölkə / Manşet > Nazirlik işçisi həkimə 26 min "atıb"
Nazirlik işçisi həkimə 26 min "atıb"8-12-2015, 10:09. Yazar: admin |
Travmatoloq Hidayət Ələsgərov Səhiyyə Nazirliyinin qaynar xətt şöbəsinin işçisi Abdiyev Daxil Zeynal oğlunun onun başına müsibətlər açdığınə deyir. Hidayət Ələsgərov Azerbaycaninfo.az-a bildirir ki, işə düzəlmək adı altında Abdiyev Daxil Zeynal oğlu və nazirliyin digər işçisi Əliyev Akif müxtəlif vaxtlarda külli miqdarda pul alaraq ona qarşı dələduzluq ediblər. Onun sözlərinə görə, 26 min dolları alan Səhiyyə Nazirliyinin işçisi onu nə işlə təmin edib, nə də pulunu qaytarıb. Şikayətçi bildirir ki, hər dəfə pul alanda pulun nazirlikdə mühüm adamlara çatacağını bildirərək onu aldatmağa müyəssər olmuşdur. İndi işsiz qalan həkim iş axtarır. Baş vermiş qanun pozuntusuyla bağlı Səhiyyə nazirliyinin aidiyyatı qurumları məlumatlandırılmış, amma müsbət nəticə əldə olmamışdır. Dələduz fırıldağına məruz qalan həkim travmatoloq ölkə rəhbərliyindən kömək istəyir. Həkimin dediyinə görə işlə bağlı döymədiyi qapı qalmayıb. "Təəssüflər olsun ki, mənim kimi Respublikada müalicə yolu ilə sümüyü uzadan ikinci bir həkim kimi az-az tapılar. Ancaq məni nə bir dinləyən, nə də ki, mənə kömək edən var. Ümidim yalnız ölkə prezidenti İlham Əliyevədir". Geri dön |