Ana Sayfa > Ölkə / Manşet > “Universitetdə 500 min manatdan çox pul yeyintisi aşkarlanıb“

“Universitetdə 500 min manatdan çox pul yeyintisi aşkarlanıb“


7-12-2015, 12:38. Yazar: admin
“Universitetdə 500 min manatdan çox pul yeyintisi aşkarlanıb“
İddia: "A.Süleymanov universitetdə rüşvəti və korrupsiyanı dözülməz həddə çatdırb. Tələbələrin 30 faizi aylıqdadır, hər tələbə 200-250 manata aylığa buraxılıb".

Hazırda Maliyyə Nazirliyinin xüsusi komissiyası Azərbaycan Texnologiya Universitetinin (ATU) maliyyə və təsərrüfat şöbəsində araşdırmalar aparır.

Bu barədə AFN.az-a universitetdəki mənbə məlumat verib. Bildirilir ki, hələ fevral ayında maliyyə naziri Samir Şərifovun əmri ilə Texnologiya Universitetində araşdırmalara başlansa da, proses bu günə kimi davam edir: "Universitetdə 500 min manatdan çox pul yeyintisi aşkarlanıb. Yeyinti daha çox Təsərrüfat şöbəsində, aşkarlanıb, komissiyanın baş inspektoru və komissiyanın sədri Mayis müəllim rektora bildirib ki, iş protokollaşıb korrupsiya şöbəsinə göndəriləcək.

Lakin rektor Akif Süleymanov bir neçə gündən sonra qərara gəlib ki, Mayis müəllimə külli miqdarda rüşvət versin və bu işi yoluna qoysun. Hələlik bu barədə rektor Akif Süleymanov və Maliyyə Nazirliyi komissiyasının sədri Mayis müəllim arasında danışıqlar gedir".

Mənbə bildirir ki, Akif Süleymanov təsərrüfat şöbəsində daha çox pul yeyintisi olduğunu biləndə hər şeyi şöbəinin prorektoru Aslan Quliyevin üzərinə ataraq özünü təmizə çıxartmaq istəyib: "A.Süleymanov universitetdə rüşvəti və korrupsiyanı dözülməz həddə çatdırb. Tələbələrin 30 faizi aylıqdadır, hər tələbə 200-250 manata aylığa buraxılıb. Rektor 2015 ci ilin başlanğıcından aprel ayına kimi rüşvət alaraq universitetə 20-dən çox i1şci götürüb. 2013-2014 cü illərin iyun-iyul ayların da 50-dən çox işcini azad edib əsassız yerə, onların yerinə rüşvət alaraq digər ixtisası uyğun olmayan şəxsləri işə götürüb.

Üç aydan artıq olar ki, Texnologiya Universitetində əlavələr verilmir, bu əlavələr digər işcilərin hesabına yatırılır külli miqdarda, o şəxslər də pulu alaraq rektora verirlər. Akif Süleymanov bütün ayrılan dövlət vəsaitini bu və ya digər şəkildə mənimsəyir".

Mənbə iddia edir ki, A.Süleymanovun oğlu təhsil Naziri Mikayıl Cabbarovun yaxın dostudur, ona görə də rektor belə arxayındır: "Ona keçmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun müdiri işlədiyi vaxtda maşın bağışlayıb. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da tələbə yoldaşı, təhsil nazirinin müşaviri İlham Piməmmədovla da həmkəndlisidir. Ona görə də narahat olmur. O, hələ Prezident Adminstrasiyası Humanitar şöbəsinin müdirinin də adından istifadə edir.

Akif Süleymanovu Gəncə Dövlət Unversitetinin rektoru Yusif Yusifov da dəstəkləyir, çünki Gəncə Dövlət Universitetinin rektorunun qardaşı Maliyyə Nazirıiyində məmur işləyir. Belə ki, Yusif Yusifovun qardaşı Cavanşir Yusifov Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisidir. Texnologiya Universitetindəki maliyyə komissiyasına Cavanşir Yusifov da təzyiq göstərir. Diqqətinizə çatdırım ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanovla, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov yaxın dostdurlar".

Mənbə qeyd edir ki, ATU-dakı yoxlama bir neçə müəllim tərəfindən izlənilir: "Əgər Akif Süleymanovu və digər universitetin rəhbər şəxsləri korrupsiya idarəsinə pul yeyintisi haqqında məlumat verməsə, Maliyyə Nazirliyinin inspektoru Mayis müəllim və digər inspektorlar haqda aidiyyəti orqanlara şikayət ediləcək. Hətta universitetin bir neçə müəllimi prezidentə məktub hazırlayıb, hələlik yoxlamaların nəticəsini gözləyirlər".

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

Geri dön