Qida təhlükəsizliyi, soydaşlarımızın problemləri - Milli Məclisdə müzakirələr
Tarix: 13-04-2022, 08:56 | Çap et
Qida təhlükəsizliyi, soydaşlarımızın problemləri - Milli Məclisdə müzakirələr
Milli Məclis “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında ”Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə dair" Anlaşma Memorandumunu və “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiqlədi
Aprelin 12-də Milli Məclisin növbəti plenar iclası keçirildi.

Cari məsələlərlə bağlı çıxış edən deputat Fazil Mustafa Azərbaycan Prezidentinin uğurlu siyasətindən bəhs etdi. Bildirdi ki, dövlət başçısı Qarabağın azadlığına nail olmaqla Azərbaycanın 100 ildən artıq dövrdə çözülməmiş problemini çözə bildi. Millət vəkili qeyd etdi ki, bu gün də ölkə rəhbəri istər Brüsseldə, istər Şuşada qətiyyətli addımlarını atır.

Fazıl Mustafa - Vikipedi

F.Mustafa ardınca vətəndaşları narahat edən məsələlərə diqqət çəkdi. Bildirdi ki, bu gün əsas problem budur: “Azərbaycan xalqını Azərbaycan dövlətindən narazı salan şəbəkəyə qalib gələ biləcəyik, ya yox?” Deputat Bakıxanov qəsəbəsindəki qəbulundan da bəhs etdi: “Qəbuluma gələn təqribən 15 nəfərdən 10 nəfər məndən iş istədi, məşğulluq idarəsindən yox, deputatdan. 5 nəfər məndən borc istədi. Bankdan borc istəmirdi, deputatdan istəyirdi. Heç kim də bir təkliflə gəlməmişdi, çünki insanların dərdi artıb. İnsanların dövlətə inamı azalıb. Birini ”Akkord" aparıb Qazaxıstanda işlədib, pulunu verməyib. Rayon yerlərində olanların əksəriyyəti maaş kartlarını sələmçiyə veriblər. Səlahiyyətli, məsuliyyətli insanlar özlərində vicdan borcu tapıb bu məsələləri həll etməlidirlər ki, ölkə Prezidentinin möhtəşəm qələbəsinə kölgə salmasınlar".

Musa Quliyev: “Maska taxmayan insanlar cəzalanmalıdırlar” - 23.06.2020, Sputnik Azərbaycan

Milli Məclisin komitə sədri Musa Quliyev Prezident İlham Əliyevin 4 il öncə prezident seçkilərində növbəti dəfə qalib gəlməsindən bəhs etdi: “2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı 40-dan çox fərman və sərəncamlarla ölkə əhalisinin əksəriyyətini əhatə edən 3 sosial islahat zərfi icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manat təşkil edir. Bu islahatların nəticəsində son 4 ildə minimum əmək haqqı 2,3 dəfə, orta aylıq əmək haqqı 40 faizə yaxın, median əmək haqqı 74 faiz artıb. Minimum pensiyada 2,2 dəfə, orta pensiyada 65 faiz, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə artım baş verib. Aparılan islahatlar sosial ədalətə və sosial rifaha hədəflənməklə, çoxşaxəlidir, ardıcıldır və şəhid ailələrini, Qarabağ qazilərini, veteranları, valideyn himayəsindən məhrum uşaqları və s. həssas qrupları tam əhatə etməkdədir".

Xalqın səsinə çevrilən misralar - Sabir Rüstəmxanlı - 75

Deputat Sabir Rüstəmxanlı xaricdə yaşayan azərbaycanlıları narahat edən məsələlərdən danışdı. Təklif etdi ki, ASAN Xidmətin səyyar xidməti xarici ölkələrdə də fəaliyyət göstərsin və soydaşlarımız şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkməsin. “Ötən iclasda biz pasportlar haqqında qərarı müzakirə edərkən bildirdim ki, xarici ölkələrdə olan soydaşlarımız şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkir. Buna görə də soydaşlarımız ölkəyə qayıda bilmir. İclasda təklif etmişdik ki, ASAN xidmətin səyyar xidməti xarici ölkələrdə də fəaliyyət göstərsin və soydaşlarımız şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkməsin. Lakin bu, elə təklif olaraq qaldı. Əksinə, qərar elə qəbul olundu ki, vəziyyət daha da pisləşdi”, - S.Rüstəmxanlı əlavə etdi. Bundan əlavə, deputat qeyd etdi ki, Rusiya Azərbaycan sərhədindən ölkəmizə keçmək istəyən soydaşlarımız barədə tədbir görülməli və qeyd etdiyi hər iki problem öz həllini tapmalıdır. Deputat Ukraynadan Azərbaycana qayıtmaq istəyənlərin üzləşdikləri çətinliklərdən söz açdı. “Xarkovda konsulluğumuz var, konsul xeyli işlər gördü. Amma səfirlik nə iş gördü, xəbərimiz olmadı”, - deyə bildirdi. S.Rüstəmxanlı dedi ki, xaricdəki azərbaycanlıların güzəştli qaydada təhsilinə diqqət yetirmək lazımdır, çünki ödənişli təhsil əlavə problemlər yaradır. S.Rüstəmxanlı konkret təkliflə də çıxış etdi: “Dünya azərbaycanlılarının təhsil alması üçün Azərbaycanda Dünya Azərbaycanlıları və yaxud Güney Azərbaycanlıları Universiteti yaradılsın”.

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

İclasda Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarıldı. Spiker Sahibə Qafarova bildirdi ki, Milli Məclisin komitəsində Prezidentin təqdimatı müzakirə olunub. Komitə sədri Tahir Mirkişili Prezidentin təqdimatının geniş müzakirə olunduğunu və müsbət rəy verildiyini bildirdi. Qeyd etdi ki, E.Rüstəmov İdarə Heyəti üzvlüyündən azad edilməklə həm də Mərkəzi Bankın sədri vəzifəsindən də azad edilir. Məsələ səsə qoyuldu və qəbul edildi.

Komitə sədri: "Siyavuş Novruzovun məsələsi Milli Məclisdə müzakirə olunacaq" - pia.az

Komitə sədri Siyavuş Novruzov çıxışında sabiq sədr Elman Rüstəmova 27 illik fəaliyyətinə görə təşəkkür etdi. Eyni zamanda yeni rəhbərliyə uğurlar arzulamaqla yanaşı, bir sıra təkliflərini səsləndirdi. Hər şey vətəndaş üçündür. Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması üçün uğurlar arzulayırıq", - deyə bildirdi. “Elman Rüstəmov 27 il bu vəzifədə çalışıb. Taleh Kazımovun idarə heyətinin üzvü təyin edilməsinə səs verəcəyik, uğurlar arzulayırıq. Amma bank sistemində ciddi problemlər var. Artıq insanlar bankdan yox, deputatdan kredit istəyirlər. Ölkəmizdə vətəndaşlara verilən kredit faizləri digər ölkələrdən yüksəkdir. Bu faizlər heç olmasa birrəqəmli faizlərə salınsın. Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Lakin bu valyuta ehtiyatlarının müəyyən hissəsindən vətəndaşlara əlçatanlıq təmin edilməlidir” - S.Novruzov bildirdi.

Spiker Sabir Rüstəmxanlının fikirlərinə etiraz edib - VİDEO

Spiker Sahibə Qafarova dedi ki, bu gün bir nəfərin məsələsi müzakirə olunur, bank sistemindəki problemlər yox. Bundan sonra Mərkəzi Bankın yeni rəhbərinin təqdimatı səsə qoyuldu və qəbul edildi.

Taleh Kazımov kimdir?

T.Kazımov çıxışında ilk olaraq ona göstərilən ali etimada görə Prezident İlham Əliyevə təşəkkür etdi. Həmçinin parlamentə minnətdarlığını bildirdi. Dedi ki, qarşısına qoyulacaq tapşırıqları və vəzifə öhdəliklərini layiqincə, yüksək peşəkarlıqla icra edərəcəyinə söz verir.

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında ”Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini müzakirəyə çıxardı. Deputat Hikmət Babaoğlu layihə barədə məlumat verdi. Qeyd olundu ki, mühüm qanun layihəsi Şuşada keçirilən komitələrin birgə iclasında plenar iclasa tövsiyə olunub. Müzakirələrdən sonra layihə təqsdiqləndi.

İclasda “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Müzakirələrdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli də iştirak edirdi.

Qoşqar Təhməzli yarım milyonluq layihəni öz şirkətinə verdi » Azərbaycan İnformasiya Agentliyi

İclasda bildirildi ki, qanun layihəsi ölkə ərazisində insanların və heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. 9 fəsil və 40 maddədən ibarət olan sənəd hazırlanarkən mövcud hüquqi baza və bu sahədə beynəlxalq təcrübə öyrənilib, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eləcə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sazişlər, qabaqcıl ölkələrin qanunvericilik aktları əsas götürülüb. Qanun layihəsinin hazırlanmasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə yanaşı, xarici və yerli ekspertlər, o cümlədən Avropa İttifaqı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Dünya Bankının təcrübəli mütəxəssisləri yaxından iştirak ediblər. Sənəd qida təhlükəsizliyi sisteminin təmin edilməsi sahəsində bir çox yeniliklərin hüquqi bazasının formalaşdırılmasını ehtiva edir, eyni zamanda ölkə ərazisində insanların və heyvanların həyat və sağlamlığının, habelə istehlakçı hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Qanun layihəsinin qəbulu qida təhlükəsizliyinə daha səmərəli nəzarət sisteminin qurulması və əhalinin təhlükəsiz qida ilə təmin edilməsi, qida və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması, qida sahəsində fəaliyyət göstərən sahibkarlar üçün daha təkmil inzibati prosedurların müəyyən edilməsi, istehsal sahələrində məhsuldarlığın artırılması kimi ölkə əhəmiyyətli nəticələrin əldə olunmasına imkan verəcək.
Deputat Əli Məsimli bildirdi ki, qidanın keyfiyyəti minimumdursa,onun yüksək səviyyədə təhlükəsizliyindən danışmaq olmaz. O qeyd etdi ki, qida təhlükəsizliyi milli təhlükəsizliyimizin mühüm tərkib hissəsi və genefondumuza bilavasitə təsir edən çox ciddi bir məsələ olduğundan, “Qida təhlükəsizliyi haqqında” qanununu qəbul edilməsi çox vacibdir: “Eyni zamanda qida təhlükəsizliyinə tələbin dinamikliyinin xeyli dərəcədə artdığı müasir şəraitdə bu sahədə elə bir qanun qəbul edilməlidir ki, əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə, eləcə də istehlakçıların hüquqlarının müdafiəsinin etibarlılığının artırılmasının hüquqi təminatını gücləndirə bilsin”. Ə.Məsimli ardınca qanun layihəsində nəzərə alınması vacib olan məsələlərdən bəhs etdi: “Birincisi, qanun layihəsində qida təhlükəsizliyindən geniş söhbət açılsa da, keyfiyyət məsələsi arxa planda saxlanılır və qida məhsullarının yalnız minimum keyfiyyət göstəricilərilərindən söhbət gedir. Beynəlxalq sənədlərə əsaslanaraq ortaya qoyulmuş bu yanaşma qidanın keyfiyyət və təhlükəsizliyinin etibarlı nəzarət mexanizmi yaradılmış ölkələrdə bəlkə də özünü doğruldur. Amma qidanın keyfiyyət və təhlükəsizliyinin etibarlı nəzarət mexanizminin mövcud olmadığı Azərbaycan şəraitində bu, əslində bir tərəfdən məhsulların keyfiyyətinin aşağı salınmasını qanuniləşdirir, digər tərəfdən isə genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına geniş meydan yaradır. Məsələn, daha çox gəlir əldə etmək istəyən biznes qurumları südün yağını, qaymağını yığır, yerdə qalan südün tərkibinə marqarin, bitki yağı, vaxtı ötmüş yağlar və sair daxil edirlər. Həmin qatqılardan alınmış qida məhsulu təhlükəsizdir, amma keyfiyyətsizdir. Bu əsasda dükan-bazarda satılan süd və süd məhsullarının əksəriyyətinin, xüsusən də kərə yağı adı altında satılan yağların əksəriyyətinin keyfiyyəti bərbad vəziyyətdədir. Kərə yağının 1 kilosunun qiyməti 16-30 manat və ondan da yüksək, marqarinin 1 kilosunun qiyməti 5 manat ətrafında, bitki yağının 1 litrinin və ya kilosunun qiyməti 4,50-5,50 manatdır, vaxtı ötmüş yağlar isə istehlaka yararsız olduğundan, sadəcə, atılmalıdır. Həmin qatqılardan alınan yağabənzər məhsulu kərə yağı adı ilə satıb, qiymət fərqindən milyonlarla manat qazanırlar”. Ə. Məsimlinin sözlərinə görə, qanunlar elə hazırlanmalıdır ki, həmin fürsətcillərin istehlakçıların hüquqlarını tapdalamaqla milyonlarla əlavə gəlir götürməsi kimi cinayət əməllərinin qanuniləşdirilməsinə yer olmasın: “Qidanın keyfiyyəti minimumdursa, onun yüksək səviyyədə təhlükəsizliyindən danışmaq olmaz! Ona görə də qanunda qidanın təhlükəsizliyi ilə keyfiyyəti məsələsinə münasibətdə optimal nisbət təmin olunmalıdır”.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net