Ana Sayfa > Mədəniyyət > Arif Quliyevdən ölüm xəbərinə cavab

Arif Quliyevdən ölüm xəbərinə cavab


9-11-2015, 11:34. Yazar: admin
Arif Quliyevdən ölüm xəbərinə cavab
Xalq artisti Arif Quliyev xəstəxanaya yerləşdirilməsi, dünyasını dəyişməsi xəbərlərinə aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, aktyor “Onlar”a açıqlamasında səhhətinin yaxşı olduğunu deyib:

“Bu yaxınlarda həkimimin yanına müayinəyə getmişdim. Təzyiqim qalxmışdı. Dedi ki, iynə vurulmalıdır. Orada bir nəfər məni görüb. Xəstəni görəndə yaxınlaşıb, əhvalını soruşarlar. Bunlar isə məni görən kimi şayiə yayıblar ki, ölmüşəm. Artıq ikinci dəfədir haqqımda belə xəbər yayılır. Eşitdiyini dəqiqləşdirmək lazımdır. Bunu yazmaq düzgün deyil”.

Geri dön