Ana Sayfa > Mədəniyyət > "Rəqsanə də incəsənət adamıdır, istəyir geyinir" (VİDEO)

"Rəqsanə də incəsənət adamıdır, istəyir geyinir" (VİDEO)


6-04-2015, 09:04. Yazar: admin
"Rəqsanə də incəsənət adamıdır, istəyir geyinir" (VİDEO)
Müğənni Röya Ayxan həmkarı Rəqsanə İsmayılova ilə aralarında qalmaqala səbəb olan libasından danışıb.
Axşam.az-ın məlumatına görə, "Onlar"a açıqlama verən sənətçi sözügedən paltarı ilk dəfə özünün geyindiyini iddia edib:

"Rəqsanə də incəsənət adamıdır, istəyir geyinir. Amma birinci mən etmişəm deməməliydi. Bu, düzgün deyil. Bizdən əvvəl də açıq geyinən olub, bizdən sonra da geyinəcəklər. Çıxdı dedi ki, 2013-cü ildə ilk mən geyinmişəm. Biz də ona sübut etdik ki, mən 2011-ci ildə "Göndər" klipində eyni formada libasdan istifadə etmişəm".
Röya Rəqsanənin "Gündəlik" verilişinə qonaq olarkən saç düzümü və qısa geyimi ilə özünü ona bənzətməsiylə bağlı söz-söhbətlərə də münasibət bildirib:
"Neçə ildir sənətdə olan birisi və onun dostu kimi deyim: məndən sonra o geyimdə, elə saç düzümündə çıxmamalı idi. Adi insanların dilindən danışıram, heç düzgün olmadı. Ya bir müddət ara verməli idi, ya da fərqli saç düzümü edərək başqa libas geyinməliydi".



Geri dön