Ana Sayfa > Mədəniyyət > Toppuş bacı: "Nə qədər yediyimi hiss etmirəm"

Toppuş bacı: "Nə qədər yediyimi hiss etmirəm"


28-10-2015, 09:52. Yazar: admin
Toppuş bacı: "Nə qədər yediyimi hiss etmirəm"
Aktrisa Tünzalə Əliyeva arıqlamaq üçün tibbin bütün imkanlarından istifadə edib. Aktrisa hələ də arzuladığı çəkiyə düşə bilməyib.

Gecce.az-a aıqlama verən Tünzalə xanım onu kökəlməyə vadar edən əsas səbəbi açıqlayıb:

"Mən əsəbdən kökəlirəm. Çox pis vərdişdir. Əsəbiləşərkən nə qədər yediyimə fikir vermirəm. Yəni, limitim olmur. Sanki nə qədər yediyimi hiss etmirəm. Bu da kökəlməyimə səbəb olur. Arıqlamaq üçün çox cəhdlər etmişəm. İdman, pəhriz və əməliyyatın birgə köməyi olub. 164 kq-dan 100 kq-a qədər arıqlaya bilmişəm. Yemək yeməyi sevdiyim kimi, bişirməklə də aram çox yaxşıdır. Yoldaşım mənim yeməklərimi çox bəyəndiyi üçün mətbəxdə çox zaman keçirirəm. Dadlı yeməkdən kim imtina edər? Bu da arıqlamaq arzumun üstündən xətt çəkir".

Geri dön