Ana Sayfa > Mədəniyyət > Namiq Qaraçuxurlu sevənlərinə söz verdi

Namiq Qaraçuxurlu sevənlərinə söz verdi


21-10-2015, 10:43. Yazar: admin
Namiq Qaraçuxurlu sevənlərinə söz verdi
Meyxanaçı Namiq Qaraçuxurlu sevənlərinə söz verib.

Axşam.az-ın məlumatına görə, bu yaxınlarda özünə toy edən sənətçi bundan sonra sənəti ilə ciddi məşğul olacağını deyib:

“Paylaşdığım fotoda yazılan şərhləri oxudum. Çox qürurlandım. Demək olar ki, 1 dənə də olsun neqativ sözlə rastlaşmadım. 36 yaşıma qədər bütün fikirlərim sənətimlə bağlı olub. İnsanların xoş günümə bu qədər sevinməsini görəndə, başa düşürəm ki, bunlar əbəs deyilmiş. Sizin bu səmimi sevginiz, mənə belə doğma yanaşmağınız ikiqat xoşbəxtlikdir. Söz verirəm, bundan sonra sənətimə daha məsuliyyətli yanaşacam. Sizlərə xoş sözləriniz üçün minnətdaram”.

Geri dön