Ana Sayfa > Mədəniyyət > Nisə Qasımova: "Sarışın olduğumçün məni Leyli olmağa qoymadılar"
Nisə Qasımova: "Sarışın olduğumçün məni Leyli olmağa qoymadılar"16-10-2015, 09:35. Yazar: admin |
Nisə Qasımova yeniyetmə yaşlarında Opera və Balet Teatrında "Leyli və Məcnun" tamaşasında əsas rolu oynamağı arzu etsədə, onun həvəsini içində boğublar. Gecce.az xəbər verir ki, xalq artisti bu barədə özünün "Mənim dünyam" verlişində danışıb: "Mən Leyli rolunu Bəhram Mansurovla hazırladım. Yaxşı da hazırlaşmışdım. İlk dinləmə keçiriləndən sonra mən teatrda Leyli obrazı ilə tamaşaçı qarşısına çıxacaqdım. Dinləmə oldu. Amma məni səhnəyə çıxmağa icazə vermədilər. Sonradan bəlli oldu ki, mənim sarışın olmağımı bəhanə gətirib, adımın üstündən xətt çəkiblər. Əsasları da bu olmuşdu ki, Leyli əsərdə qara qız olub. Sarışın bunu oynaya bilməz. Leyli olmalı idim, amma olmadım". Nisə xanım bildirib ki, o uşaq yaşlarından atasının ifalarına qulaq asıb və muğamlarımızı mənimsəyib. Xalq artisti estrada janrında oxusa belə, muğamlarımız haqqında bilgisini əsirgəmir. Geri dön |