Ana Sayfa > Mədəniyyət > Roza Zərgərli ad gününü niyə təxirə saldı

Roza Zərgərli ad gününü niyə təxirə saldı


2-04-2015, 10:14. Yazar: admin
Roza Zərgərli ad gününü niyə təxirə saldı
Müğənni Roza Zərgərlinin ad günü olub.

Axşam.az-ın məlumatına görə, 36 yaşını qeyd edən sənətçini xoş günündə yaxınları tək qoymayıb.

Şəhər restoranlarının birində baş tutan gecədə ifaçıya bir çox sürprizlər edilib.

Aparıcılığı Zabir Əliyevə həvalə olunan gecədə R.Zərgərli çıxış edərək, təəssüratlarını bölüşüb:

“Ad günüm martın 27-də idi. Aprelin 1-də isə qardaşımın yaşıdır, özü xaricdədir. İşlərim çox olduğu üçün bu günə saldım. Hədiyyələrimə baxmamışam. Birini görmüşəm: 1 metr uzunluğunda dovşan formasında şokolad gətiriblər. Çox insan dəvət etməmişəm. Müğənnilərin əksəriyyəti tədbirlərdədir. Ən böyük sürprizlərdən biri də “Bakı instrumental ansamblı"nın dueti oldu. O mahnını haradan tapıblar bilmirəm".
Gecənin qonaqları arasında xalq artisti Arif Babayev, Brilliant Dadaşova, əməkdar artist Vəfa Zeynalova, Babək Niftəliyev, rəqqasə Fatimə Fətəliyeva, prodüser Təranə Səmədova və başqaları olub.

Geri dön