Ana Sayfa > Mədəniyyət > Günel libaslarını satışa çıxaracaq
Günel libaslarını satışa çıxaracaq11-09-2015, 11:18. Yazar: admin |
Müğənni Azəri Günel Zeynalova geyimlərini satışa çıxaracaq. Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Həyat tərzi” verilişində deyib. O, əldə olunacaq pulu xeyriyyə məqsədiylə xərcləyəcəyini vurğulayıb: “İnstaqramda bir səhifə açacam, libaslarımı orada satacam. Çox paltarım var. Nə qədərini başqalarına hədiyyə etmişəm. Libaslar köhnə deyil, hərəsini 1 dəfə geyinirəm. Həm də istəyənlər çoxdur. Pulunu isə köməyə ehtiyacı olanlara verəcəm”. Geyimlərindən danışan G.Zeynalova sevdiyi rənglərdən söz açıb: “Dostum Burçin var, libaslarımı o tikir. Sonra oturub üzərində dəyişiklik edirik. Geyimlərimin hamısını özüm seçirəm. Ağ, qara və qırmızı rəngləri sevirəm. Ən çox da qara rəngə üstünlük verirəm”. Geri dön |