Ana Sayfa > Mədəniyyət > "Azərbaycanın səsi"nə seçim turları davam edir - video

"Azərbaycanın səsi"nə seçim turları davam edir - video


29-06-2015, 11:35. Yazar: admin
"Azərbaycanın səsi"nə seçim turları davam edir - video
ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışmasında seçim turları davam edir.

Axşam.az-ın məlumatına görə, layihənin təşkilatçılarından olan Sübhanə Nəciqızı “Onlar”a açıqlamasında yarışmaya qatılmaq istəyənlərə səslənib:

“Sosial şəbəkələrdə bizə yazırlar, münsiflərimizi narahat edirlər. Hamı seçim turunun bitib-bitmədiyi ilə maraqlanır. Fərqli, istedadlı iştirakçılar istəyirik. Həm səsi, həm də səhnə mədəniyyəti ilə fərqlənəcək gəncləri gözləyirik. Hər münsifin 16 tələbəsi olacaq. Hazırda 40 iştirakçı seçilib. Seçim turları davam edir. Yarışmaya qatılmaq istəyənlər 050 680 83 30 – nömrəsi ilə əlaqə saxlasınlar”.

Qeyd edək ki, müsabiqənin qalibi ölkəmizi “Türkvision”da təmsil edəcək.

Verilişə hər həftənin çərşənbə axşamı "Sirena Motors"un sponsorluğu ilə saat 22:00-da baxa bilərsiniz.


Geri dön