Ana Sayfa > Mədəniyyət > Aktrisa Xuraman Əlizadə: "Özümə ağ gəlinlik arzulamıram"

Aktrisa Xuraman Əlizadə: "Özümə ağ gəlinlik arzulamıram"


24-06-2015, 11:10. Yazar: admin
Aktrisa Xuraman Əlizadə: "Özümə ağ gəlinlik arzulamıram"
Tanınmış aktrisa Xuraman Əlizadə qadın xoşbəxtliyindən danışıb. O, Milli.Az-a açıqlamasında ailə həyatı qurmasını qismətə bağlayıb.

"Çox realist insanam, heç vaxt xəyallar qurmuram. Xəyal qurmaqdansa çox iş görməyi tövsiyə edirəm. Xəyalı uşaqlıqda qurmuşam. Təbii ki, hər bir qız uşaqlıqda gəlin paltarı arzusu ilə böyüyür. Məndə də elə idi. Böyüyəndə, yaşa dolanda bilmişəm ki, hər şeyi, ələlxüsus da qadın xoşbəxtliyini ağ gəlinlik həll etmir. Onu geymədən də xoşbəxt olmaq olar. Mən bu həyatda zahirən parıldayan, kənardan xoşbəxt kimi görünən xanımlar da gördüm. Onlar yalnız kənardan xoşbəxt görünürlər. Hər şeyləri var, hər bir şeyə malik olublar, qadın xoşbəxtliyindən başqa. Özümə ağ gəlinlik arzulamıram, ağ gün arzulayıram. İnşallah, qismət olarsa, ailə həyatı quraram, mən bunu yalnız qismətə bağlayıram. Mən çox şanslı insanam, köklüyüm səhhətimdə mənə problem olsa da, sənətimdə mənim üçün böyük yol açıb. Bütün əldə etdiyim uğurlara görə Allahıma təşəkkür edirəm", - deyə aktrisa bildirib.

Aktrisa hal-hazırda çəkildiyi "Miras" serialından da danışıb:

"Atv telekanalı ilə "Soy" prodakşının birgə layihəsi olan "Miras" serialında çəkilirəm. Obrazım isə qayınana Sayalı obrazıdır. Sayalı ilə mən həyatda tamamilə əks insanlarıq. Mən heç vaxt Sayalı ola bilmərəm. Sayalı daha çox aqressiv, hazırcavab, vurub-yıxan qadındır. Hətta kişilərlə də baş-başa gəlir. Ümumi serial baxılır və tamaşaçılar tərəfindən də çox sevilir. İnşallah, sezondan yeni-yeni seriallarda məni görə biləcəksiz".

Geri dön