Ana Sayfa > Mədəniyyət > “Onu görüb şoka düşdüm...”- Aygün

“Onu görüb şoka düşdüm...”- Aygün


16-06-2015, 10:44. Yazar: admin
“Onu görüb şoka düşdüm...”- Aygün
Xalq artisti Aygün Kazımova qızı İlqarənin gizli ailə qurması haqda yayılan xəbərlərə münasibət bildirib. “Qafqazinfo”nun məlumatına görə, xalq artisti bu haqda “Onlar verilişinə açıqlamasında danışıb:

“Bütün şəhər bir-birinə dəydi. Hər kəs mənə zəng edib dedi ki, Aygün, qızını ərə vermisən, niyə xəbər verməmisən?

İlqarəyə oxşar xanımın toy fotosunu görüb şoka düşdüm. Fikirləşdim ki, bəlkə ikinci uşağım olub? Qonşuyla söhbətləşmişəm, o qız ondandır? Sonra düşündüm ki, belə bir hadisə olmayıb. Qızımı ərə verməmişəm”.

Qeyd edək ki, publika.az-ın yaydığı məlumata görə, İlqarə Kazımova bir neçə il öncə əcnəbi vətəndaşa ərə gedib.

İlqarənin tez-tez Türkiyəyə getməsinin səbəbi də həyat yoldaşının İstanbulda fəaliyyət göstərən iş adamı olmasıdır.


Geri dön