Ana Sayfa > Mədəniyyət > "Elnurun sürprizi var"

"Elnurun sürprizi var"


14-03-2015, 10:50. Yazar: admin
"Elnurun sürprizi var"
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva dostu, "O səs Türkiyə" yarışmasının qalibi Elnur Hüseynovdan bəhs edib.

Axşam.az-a açıqlama verən model onun “Eurovision”a qatılması və yenilikləri ilə bağlı sualları cavablandırıb:
“Türkiyəyə gələn hər bir azərbaycanlıya dəstək oluram. Vətənimi sevən biriyəm. Eləcə də Elnur. Yaxın dostumdur. Öz vətənimizin övladlarının arxasında dayanmalı, sahib çıxmalıyıq. 200 insan arasından seçildi. Çox istedadlıdır. Dünyanın ən nadir səsinə sahibdir. Türkiyə onun qalibiyyətini birmənalı qarşılamaya bilər. Amma biz dəstək olmalıyıq. Onun “Eurovision”a getməsi ilə bağlı danışa bilmərəm. Bununla bağlı hər şeyi bilirəm. Amma açıqlamanı özü verməlidir. Tək onu deyim ki, Elnurun maraqlı yenilikləri, sürprizləri var".

Geri dön