Ana Sayfa > Mədəniyyət > "Flora Kərimovadan Prezidentə şikayət məktubu ünvanlamışam" - QALMAQAL

"Flora Kərimovadan Prezidentə şikayət məktubu ünvanlamışam" - QALMAQAL


23-05-2022, 17:03. Yazar: admin
"Flora Kərimovadan Prezidentə şikayət məktubu ünvanlamışam" - QALMAQAL

"Flora Kərimovadan Prezidentə şikayət məktubu ünvanlamışam". DİA.AZ xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında müğənni Afət Fərmanqızı deyib.
“Flora Kərimovanın açıq məktubunu oxudum. Onun həyat tərzi budur, məhkəmələrdə vaxt keçirməkdən xoşu gəlir. Təsəvvür edin, səhər tezdən mənim məhkəməmə gəlir, axşam jurnalist Ülviyyə Alovlunun məhkəməsinə gedir. O, belə şeylərdən ləzzət alır. Mən artıq media vasitəsi ilə cənab Prezident İlham Əliyevə müraciət etmişəm. Binəqədi rayon Məhkəməsi qərəzli olaraq Flora Kərimovanın mənim haqqımda xüsusi ittiham qaydasında cinayət işi açdırmağında qanunu pozaraq bu işi icraata götürüb. Qanunun 75.1.1 – ci maddəsində deyilir ki, cəmiyyət üçün böyük təhlükə törətməyən məsələlərdə iddia müddəti 2 ildir. Bu məsələdə isə 2 il çoxdan keçib, hətta 3 il olacaq. Cənab Prezidentə müraciət edib bildirmişəm ki, bu özbaşınalığa son qoyulsun",-deyə müğənni qeyd edib.

Afət Fərmanqızı Xalq artisti Flora Kərimovanın bu günə qədər çoxsaylı məhkəmə proseslərinin olduğunu xatırladıb:

"Bu günə qədər İlhamə Quliyeva, Faiq Ağayev, Röya Ayxan, Ülviyyə Alovlu, Yasamal rayonunda yaşayan adını bilmədiyim bir xanımı Flora Kərimova məhkəməyə verib. Nadir Qafarzadə, Şeyx Əbdül Mahmudbəyovla da qalmaqal yaşadı, amma onları məhkəməyə vermədi. O, enerjisi çox olan insanlardan yapışır və enerjimizi sümürməyə çalışır, amma buna nail ola bilməyəcək, mən öz həyatımı yaşayıram. 82 yaşında qadınsan. Mən mahnı oxumuşam, əcəb etmişəm. Uzun müddət məni tənqid etdi, gördü əhəmiyyət vermirəm, keçdi təhqirə. Niyə təhqir edirsən?"

Məsələ ilə bağlı Musavat.com Flora Kərimovanın mövqeyini alıb. Xalq artisti müğənninin ittihamlarına bu cür cavab verib:

“Afət Fərmanqızı ünvanlandığı məktubunda dediyi təhqirləri, işlətdiyi ifadələri də qeyd etsin, göndərsin, nəticəsini də görsün. Sən niyə məhkəmədən qaçırsan ki, vəkilin də var, məhkəməyə gəl, öz həqiqətini sübut elə. Bəs deyirdi ki, əlində sübutlar, faktlar var?

Gah deyir ki, vətəndə deyiləm, gah deyir ki, hamiləyəm, analıq məzuniyyətindəyəm. Axı bir müddət sonra hamilə olmadığı üzə çıxacaq. Sən bu sözü peşəkar həkimə deyirsən?

İkincisi də ki, axtarışda olan insan necə Rusiyaya gedə bilər? Ola bilsin ki, hansısa yolla ölkədən çıxsın, bəs geriyə qayıda biləcəkmi? Onun görəcəyi günlər hələ qarşıdadır. Elə bilir ki, Flora Kərimova rahat dayanacaq?

Bəzən məni qınayırlar ki, niyə bu cür qadına görə enerjimi sərf edirəm. Amma bu adam mənim sənətimə, mənəviyyatıma vandalizm edirsə, klassiki öz səviyyəsinə uyğun, istədiyi kimi qələmə verirsə, onun necə cavabını verməmək olar? Mən bu millətin adını daşıyıram.

Xatırlayırsınıza, Xalq artisti Rasim Balayev səsini qaldırdı, Afət isə o cür sənətkara cavab verdi ki, gedin xarabanızda oturun. Təsəvvür edin, bu dərəcədə tərbiyəsizlik olar? Sən bu sözü kimə deyirsən?! Ya da mənim barəmdə çox ağır təhqirlər işlədir. Deyir ki, 81 yaşın var, sən niyə xortlamısan, sən indi qara mərmərdən baxmalısan. Adam da 81 yaşlı qadına, sənətkara bu sözləri deyərmi? Ona görə də mən bu məhkəmə işini davam etdirəcəyəm”.
Geri dön