Ana Sayfa > Mədəniyyət > Elçin şoudan getməsinin səbəbini açıqlayıb

Elçin şoudan getməsinin səbəbini açıqlayıb


15-05-2015, 10:14. Yazar: admin
Elçin şoudan getməsinin səbəbini açıqlayıb
Ötən gün “Maşın” realiti-şousundan gedən müğənni Elçin Hüseynov açıqlama verib.

Axşam.az-ın məlumatına görə, ifaçı “Şou biz” verilişinə açıqlamasında bu addımı dostlarına görə atdığını bildirib:

“Heç nədən narazı deyiləm. Oyun belə olmalıydı. Hər şey gözəl idi. Sadəcə, dostlarıma qarşı heç vaxt oyun oynamamışam. Bir neçə gündən sonra dostlar üz-üzə qalacaqdı. Ona görə də, mən bu şounu tərk etdim. Dostlarımla belə hal yaşamaq istəmirdim”.

Qeyd edək ki, E.Hüseynov 62,76 faiz səs toplasa da, yarışmadan heç kimi uzaqlaşdırmayacağını, özünün gedəcəyini bildirib.

Geri dön