Ana Sayfa > Mədəniyyət > Xalq artistinin dəfn olunacağı yer açıqlandı - YENİLƏNİB + VİDEO

Xalq artistinin dəfn olunacağı yer açıqlandı - YENİLƏNİB + VİDEO


23-02-2022, 16:06. Yazar: admin
Xalq artistinin dəfn olunacağı yer açıqlandı - YENİLƏNİB + VİDEO

Xalq artisti Kamil Cəlilov bu axşam Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunacaq.

Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.


10:14

Azərbaycan Xalq artisti, qoboyçusu, bəstəkarı və pedaqoqu Kamil Cəlilov dünyasını dəyişib.

Bu barədə Oxu.Az-a Xalq artistinin yaxınları məlumat verib.

Bildirilib ki, 84 yaşında vəfat edən musiqiçi bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün “Altı pyes”inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi “Zəminxarə” muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir.

Ailəli idi, 3 qızı var.
Geri dön