Ana Sayfa > Mədəniyyət > Baloğlan Əşrəfov bu səbəbdən xəstəxanaya getməyib, oğlu danışdı - VİDEO
Baloğlan Əşrəfov bu səbəbdən xəstəxanaya getməyib, oğlu danışdı - VİDEO8-02-2022, 12:05. Yazar: admin |
Bu dəfə “O üz” proqramının qonağı mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov olub. Musavat.com xəbər verir ki, verilişdə atasının ölümündən danışan Peyman onun xəstəxanaya getməməsinin səbəbindən danışıb: “Atam deyirdi ki, 70 yaşımı görməyəcəm. Bunu yarızarafat-yarıciddi qəbul etmək istəmirdik, amma müddət keçdikcə görürdük ki, sözlərinin çoxu reallığa çevrilir. Koronavirusa yoluxanda xəstəxanaya getməsi üçün 3-4 dəfə məcbur etmək istədik. Dedi ki, yox, dünyamı dəyişsəm də, el adəti ilə yuyulub, kəfənləmək istəyirəm”. Xatırladaq ki, Baloğlan Əşrəfov ötən ilin aprelində evdə müalicə zamanı COVİD-19-dan dünyasını dəyişib. Geri dön |